“Lapşinin ekstradisiyası Azərbaycan dövlətinin uğurudur”
14:47 08.02.2017
Arxiv
595
"Aleksandr Lapşinin ekstradisiya olunması Azərbaycan dövlətinin uğurudur. Bu, Azərbaycan dövlətinin güclü olmasının göstəricisidir. Lapşinin ekstradisiyası həm də Azərbaycan hakimiyyətinin nüfuzunun möhkəmlənməsinə xidmət edir”.
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov deyib.
S. Markov bildirib ki, Azərbaycan rəhbərliyi ölkə qanunlarının qəti şəkildə yerinə yetirilməsində təkid edir: "Azərbaycanın qanunlarına görə, onun icazəsi olmadan Dağlıq Qarabağ regionuna səfər etmək qanunsuzdur. Lapşin həmin qanunu pozmuşdu və bu azmış ki, hələ üstəlik sosial şəbəkələrdə Azərbaycanın qanunu pozduğuna görə fəxrlə öyünmüşdü. O, Dağlıq Qarabağ səfər etdikdən sonra başqa pasportla yenidən Azərbaycana səfər etmiş və sosial şəbəkədə bu barədə nümayişkaranə şəkildə öyünmüşdü. Hətta Dağlıq Qarabağa yenidən səfər etmək üçün pul toplamağa başlamışdı. Bütün bunlardan sonra Azərbaycan dövləti onu axtarışa verdi”.
Rusiyalı politoloq təmsil etdiyi ölkədən asılı olmayaraq, hər bir vətəndaşın Azərbaycanın qanunlarına hörmət etməli olduğunu vurğulayıb: "Azərbaycanın qanunları var. Bu ölkə işğal altında olan Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycan dövlətinin vəzifələrindən biri Dağlıq Qarabağa gedən əcnəbilərin qanunsuz səfərlərinin qarşısını almaqdır. Hesab edirəm ki, Lapşinlə bağlı baş verən hadisə Dağlıq Qarabağa səfər edənlərə və etmək istəyənlərə dərs olacaq və bu regiona gedənlərin sayı kəskin azalacaq”.
S. Markov Lapşin olayının Moskva ilə Bakı arasındakı münasibətlərə təsir edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər hal-hazırda yüksək səviyyədədir: "İnanmıram ki, bu hadisə ikitərəfli münasibətlərə təsir etsin. Əgər Lapşin Azərbaycan həbsxanasında axıra kimi cəzasını çəksə, bu, bəlkə də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Fikrimcə, ona hökm oxunandan sonra ya əfv olunacaq, ya da cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu Rusiyaya ekstradisiya ediləcək. Bu addım isə ikitərəfli münasibətləri daha da möhkəmləndirməyə xidmət edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol