Lapşinin ekstradisiyası ədalətin təntənəsidir
13:21 08.02.2017
Arxiv
519
Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası ədalətin təntənəsidir.
Bunu Trend-ə Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
A. Lapşinin ekstradisiyasını Azərbaycan dövlətinin siyasətin nəticəsi sayan B.Muradova qeyd edib ki, Azərbaycanla, onun qanunları ilə hesablaşmayanların aqibəti A.Lapşinin aqibəti kimi ola bilər.
MM sədrinin müavini əlavə edib ki, A.Lapşinin ekstradisiyası Azərbaycanı, onun qanunlarını nəzərə almadan ictimaiyyəti işğal olunmuş ərazilərə qanunsuz səfərlər etməyin mümkünlüyünə inandıran dairələrin iflasa uğramasıdır.
B.Muradovanın sözlərinə görə, bu addımın atılması Dağlıq Qarabağ seperatçı rejiminə, özünü "demokratik” ölkə kimi tanıtdırmaq istəyən Ermənistana və onu dəstəkləyən dairələrə, eyni zamanda A.Lapşin kimi hərəkətlər etmə barədə düşünənlərə bir mesajdır.
Ermənistanın Xarici İşlər Nazirliyinin A.Lapşinin ekstradisiyasının insan haqlarının, demokratiyasının pozulması kimi qiymətləndirməsinə münasibət bildirən B.Muradova əlavə edib ki, bu məsələlərlə bağlı danışmaq imkanı ən son halda Ermənistana verilə bilər.
MM sədrinin müavini hesab edir ki, A.Lapşinin ekstradisiyası beynəlxalq hüquqa - ölkələrarası ekstradiyaya dair müqavilələrə tam uyğundur:
"Hazırkı şəraitdə ölkələrin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını, beynəlxalq hüququn prinsipləri altında qorunmalı olan məsələlərin diqqətdən kənar qalmasını eyninə almayan, bu hüquqları pozmağı özü üçün qəhrəmanlıq sayan Lapşin kimi adamların mövcudluğu Ermənistanın və onun rəsmilərini bu şəkildə danışmağa vadar edir. Hesab edirəm ki, bu ekstradisiya ilk növbədə həm Azərbaycan, həm Belarus hökumətinin beynəlxalq hüquqa və ölkələrarası münasibətlərə, müqavilələrə sadiqliyinin və hüquqa söykənən münasibətinin göstəricisidir. Bunu da hər kəs qəbul etməlidir. Ermənistan isə artıq bu istiqamətdə bu günə qədər gördükləri işin iflasa uğramalarının fərqindədir. Ona görə də düşünürəm ki, onların narahatlıqları "anlaşılan”dır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol