Latviya ilə əlaqələri sıxlaşdırmaq vacibdir, çünki...
15:59 14.02.2017
Arxiv
697
Bu ölkə Avropa Birliyinə təsir imkanlarına, iqtisadi potensialına və insan resurslarına görə Qərbdə çəkisi olan ölkədir
Politoloq: "Avropa Birliyi ölkələri ilə münasibət qurmaq xeyrimizədir”
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs 12-14 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olub. Səfərin ilk günü Rinkeviçs Prezident İlham Əliyevin qəbulunda olub. Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı iki ölkə arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğulayıb. Prezident dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd edib.
O, mütəmadi məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və hər iki tərəf arasında əməkdaşlığın bütün istiqamətlər möhkəmləndirilməsinin əhəmiyyətini bildirib. Azərbaycanla Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir Edqars Rinkeviçs yaxın vaxtlarda Raymonds Veyonisin Azərbaycana səfər edəcəyini bildirib: "Prezidentimizin səfəri zamanı sizinlə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə ediləcək”.
Latviya XİN rəhbəri daha sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla bir araya gəlib. Tərəflər Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayıblar. Görüşdə Edqars Rinkeviçs Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib. O, bəyan edib ki, problem danışıqlar yolu ilə həll oluna bilər:
"Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik”. Son olaraq qonaq Milli Məclisin spikeri Oqtay Əsədovla da görüşərək müzakirələr aparıb.
Xatırladaq ki, Latviya və Azərbaycan keçmiş SSRİ respublikaları olsa da, Latviya artıq Avropa Birliyinin, 2004-cü ildən isə NATO-nun üzvüdür.
Latviya-Azərbaycan əlaqələrini "Şərq”ə dəyərləndirən siyasi ekspert Qabil Hüseynli iki ölkə arasında münasibətlərin inkişafını qənaətbəxş hesab etməyib. Onun fikrincə, sovet dövründə Latviya ilə Azərbaycan əlaqələri daha geniş miqyasda idi:
"Müstəqillik illərində əməkdaşlığı davam etdirmək mürəkkəbləşdi. Xüsusilə Latviyanın Avropa Birliyinə daxil olması və başının öz problemlərinə qarışması uzun müddət iki dövlət arasındakı münasibətləri arxa plan atdı. Son dövrlərdə Latviya rəsmiləri xeyli fəallaşıb. Təxminən iki il əvvəl Latviya prezidenti Azərbaycana səfər etdi və ikili münasibətlərin perspektivləri müzakirə olundu. İndiyə qədər bir sıra mühüm sənədlər imzalanıb. İnvestiya və ƏDV haqda güzəştlər iqtisadi əlaqələrə müəyyən qədər təkan verib”.
Politoloqun fikrincə, Latviya XİN rəhbərinin budəfəki səfərində daha fundamental məsələlər müzakirə edildi:
"Fikrimcə, iki ölkə arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar var. Amma o imkanlardan kifayət qədər istifadə edilmir. Məsələn, Avropa yönümlü siyasətin yürüdülməsi və iki ölkə arasında gediş-gəlişin sadələşdirilməsi məsələləri mühüm xarakter daşıyır. Avropa Birliyinin üzvləri ilə münasibətləri yaxşılaşdırmaq xeyirlidir. Xüsusən, Baltikyanı dövlətlərlə əlaqələri sıxlaşdırmaq vacibdir. Latviya AB-yə təsir imkanlarına, iqtisadi potensialına və insan resurslarına görə Qərbdə kifayət qədər çəkisi olan bir ölkədir. Bu baxımdan ikili münasibətlərin inkişafına xüsusi diqqət verilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat