LAVROV: "35 rusiyalı diplomatın ABŞ-dan çıxarılmasına cavab barədə düşünürük"




"Moskva ABŞ-ın 2016-cı ilin sonunda 35 rusiyalı deplomatı ölkədən çıxarmasına cavab barədə hələ düşünür"

Sherg.az "Lefigaro.fr"ə istanədən xəbər verir ki, bu barədə Rusiy xarici işlər naziri  Sergey Lavrov məlumat verib. 

O qeyd edib ki, bu məsələni açıq müzakirə edəcəkləri barədə hələ düşünməyiblər.

Bundan başqa yazıda bildirilir ki, Rusiyanın "İzvestiya" qəzetinin yazdığına görə, ABŞ- ın sözügedən davranışına cavab olaraq Rusiya bu ölkədə olan 30 -a yaxın amerikalı diplomatı öz ölkəsinə göndərəcək.
 
Bundan başqa yazılır ki, G 20 sammiti ərəfəsində Putinlə Tramp arasında baş tutan görüşdə Tramp bu ölkələr arasında yaxınlaşmanın tərəfdarı olduğunu söyləyib. Bununla belə o vurğulayıb ki, Ukrayna və Suriya məsələləri həllini tapmayana qədər ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaları yüngülləşməyəcək. 

Ayyət Əhməd