Lavrov: "Suriyada ATƏŞKƏS qüvvəyə minib"




Ötən həftənin bazar günündən etibarən Suriyanın cənub - qərbində Rusiya , ABŞ və İordaniyanın təşəbbüsü ilə atəşkəsə nail olunub. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Brüsseldə belçikalı həmkarı Didie Reynderslə görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, Suriyada atəşkəsə qlobal şəkildə əməl olunmalıdır: 

"Rusiya, ABŞ, İordaniya diplomatları və və hərbiçilərinin iştirakı ilə Suriyanın cənub - qərbində atəşkəsə nail olundu. Bu zonada artıq qarşıdurma zəiflədildi. Ümid edirəm ki, məlum tendensiya getdikcə möhkəmlənəcək".  

S.Lavrov onu da əlavə edib ki, bu ilin avqtustunda Suriya məsələsi ilə bağlı Astanada keçiriləcək danışıqlarda Suriyanın şimal - qərbindəki İdleb regionu, mərkəzindəki Xoms əyaləti və Dəməşq ətrafında yeləşən Qutada atəşkəsin elan olunmasına dair məsələlər müzkirə olunacaq: 

"Və bunun həlli ilə bağlı oxşar razılaşmaların əldə olunmasına ümid edirəm". 

Qeyd edək ki, hazırda ABŞ, Rusiya və İordaniyanın təşəbbüsü ilə Dera, Quneyta və Sueyda da atəşkəs qüvvəyə minib.

 Tərcümə etdi: Ayyət ƏHMƏD