Lələtəpədə həlak olan 22 şəhidin adına 22 çinar ağacı əkilib




Lələtəpə uğrunda gedən döyüşlərdə həlak olmuş 22 şəhidin adına 22 çinar ağacı əkilib. 

"Sherg.az" xəbər verir ki, bu məlumatı sosial şəbəkə istifadəçisi Leyla Həsənova fecebook səhifəsində paylaşıb. Məlumatda bildirilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin Beyleqanda yerleşen birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə martın 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində Aprel zəfərinin 3-cü ildönümünə və həmin döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə həsr edilmiş agacəkmə kampaniyası keçirilib. 

Sonra tədbir iştirakçıları Cocuq Mərcanlı kəndinin girişində yolun kənarında Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına 22 çinar ağacı əkilib, onların yanında hər bir şəhid haqqında məlumatın əks olunduğu lövhə yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.

Məlahət