"Lemonde" Türkiyədəki dövlət çevrilişinə cəhddən yazdı




Fransanın "Lemonde"qəzeti Türkiyədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin birinci ildönümündən yazıb.

Sherg.az-ın "Lemonde.fr"ə istinadən xəbərinə görə, məqalədə bu hadisə nəticəsində 240 nəfər mülki vətəndaşın şəhid olduğu bildirilir.

Bundan başqa yazıda hadisənin ildönümü ilə bağlı ölkə başçısı Rəcəb Tayyip Ərdoğanın çıxışına da diqqət çəkilir. Qeyd olunur ki, ölkə başçısı çox qızğın çıxışlar edib və bunu Türkiyə xalqına yaşadanlara ağır cəzaların veriləcəyini diqqətə çatdırıb.  

Eyni zamanda məqalədə vurğulanır ki, Türkiyənin müxtəlif şəhərlərində 15 iyul qurbanlarının xatirəsinə həsr olunmuş heykəllər qoyulub və İstanbul metrosunda hadisə qurbanlarının portretləri vurulub.

Ayyət Əhməd