Lənkəranda dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB




 Lənkəranda bu gün günorta saatlarında Xəzər dənizinin şəhərin "Kiçik bazar" ərazisində çimərkən batan şəxsin meyiti tapılıb.
APA-nın cənub bürosunun məlumatına görə, batan şəxsin rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə olduğu məlum olub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
saat 13.22
Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.
Əlavə məlumat veriləcək.