Makron Trampın "Paris razılaşması"na qayıdacağına inanır




"Gələn ay ABŞ prezidenti Donald Tramp iqlim istiləşməsinin qarşısının alınması istiqamətində imzalanmaış "Paris razılaşması"na yenidən qayıda bilər" 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Fransanın prezidenti Emmanüel Makron bildirib. 

O qeyd edib ki, ötən günlərdə Trampın Parisə səfəri zamanı baş tutan danışıqlarda ABŞ prezidenti onu diqqətlə dinləyib və Makronun bu məsələyə dair istəklərini tamamilə dərk edib:

"O, mənə gələn ay bu məsələnin bir həlli yolunu tapacağına cəhd göstrəcəyini vəd etdi. Biz onunla "Paris razılaşması"nın detallarından danışdıq. Düşürəm ki, Tramp şəhərlərin, ölkələrin və bütövlükdə dünyanın bu razılaşmaya böyük maraq göstərdiyinin bilir. ABŞ -ın məlum razılaşmaya qayıtması və iqlim istiləşməsinə qarşı bu cür dialoqların aparılması çox əhəmiyyətlidir".

Ayyət Əhməd