Masallıda bir məktəb bağlanır: müəllim və şagirdlərdən etiraz
12:16 21.06.2017
Arxiv
549
Masallı rayon Kürdəbaz kənd ümumi məktəbinin müəllim və şagird heyəti məktəblərinin ləğv edilərək başqa məktəblə birləşdirilməsini istəmir.
Məktəb heyətindən Lent.az-a daxil olan müraciətdə deyilir ki, məktəbin həyətyanı sahəsinin ələ keçirilməsində maraqlı olan İcra nümayəndələrinin istəyi ilə Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov belə bir təşəbbüs irəli sürüb: " Tariyel Əkbərov həm də kənd məktəbinin göstəricilərinin çox zəif olduğunu deyir. Amma bu, yalandır. Hazırda məktəbdə 87 şagird, 14 müəllim heyəti var. Kürdəbaz kənd ümumi məktəb 1989-cu ildən fəaliyyət göstərir və rayon sakinləri tərəfindən tikilib”.
Şikayətçilər deyir ki, Kürdəbaz kənd ümumi məktəbi qonşu Qarğalıq kənd məktəbi ilə birləşdiriləcək: "Kəndlər arasında 4 km məsafə var. Tutaq ki, birləşdirilsə, soyuq havalarda uşaqlar üçün çətin olacaq. Bizim kəndi ümumiyyətlə təcrid etmək istəyirlər. Kəndimizdə nə kitabxana, nə mədəniyyət klubu var. Məktəbi də yox etmək istəyirlər”.
Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov isə deyir ki, Kürdəbaz və Qarğalıq kənd məktəbləri arasında 4 km deyil, 1.5 km məsafə var: " Son təhsil göstəriciləri də göstərir ki, bu məktəbdən ali məktəbə qəbul olan yoxdur. Birləşdirmək istədiyimiz Qarğalıq kənd məktəbi isə 620 nəfərlik məktəbdir. Kürdəbaz kənd ümumi məktəbinin müəllimləri ilə bağlı Komissiya yaradılıb. Onlara rayon ümumtəhsil müəssisələrində mövcud olan bütün vakansiyalar təqdim ediləcək. Kim hansını istəsə, seçə bilər. Ancaq istəməyənlər Qarğalıq kənd tam məktəbində işləyəcək. Bizə keyfiyyət lazımdır və bütün işlər "Təhsil haqqında" qanuna uyğun aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın 4 ildə müdafiə və milli təhlükəsizlik xərcləri azaldılacaq
18:16 15.04.2026
Aktual
Azərbaycan qlobal maraqların kəsişdiyi mərkəz olur - ŞƏRH
17:57 15.04.2026
Siyasət
Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib
17:46 15.04.2026
Gündəm
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkəyə başsağlığı verdi
17:02 15.04.2026
Aktual
Bu tədbirlərdə siqaretdən istifadə qadağan olundu
17:00 15.04.2026
Gündəm
İndoneziya səfiri Xankəndiyə səfər edib - FOTO
16:54 15.04.2026
Gündəm
Şəhərlər piyadaya yox, avtomobillərə uyğun qurulur - Mütəxəssis
16:47 15.04.2026
Aktual
Cənubi Qafqazda böyük güc savaşı başlayır - POLİTOLOQ
16:30 15.04.2026
Cənubi Qafqaz
Tramp: Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq
16:18 15.04.2026
Siyasət
Starmer: İranla müharibəyə girməyəcəyik
16:13 15.04.2026
Gündəm
Tülpanların fəryadı
15:45 15.04.2026
Cəmiyyət
Milli Məclisdə görüş keçirildi
15:30 15.04.2026
Gündəm
Paşinyan: TRIPP layihəsi icra mərhələsinə keçir
15:22 15.04.2026
Gündəm
Hidrometeorologiya Xidməti: Bakıya dolu nadir hallarda yağır
14:31 15.04.2026
Ekologiya