May ayında növbəti əfv gözlənilir
21:12 28.04.2016
Arxiv
1180
Səadət Bənənyarlı: “Ümid edirik ki, siyahıda olanların bir çoxu azadlığa buraxılacaq”
Əliməmməd Nuriyev: "Əfv Komissiyasının iclasının nə zaman olması hələki məlum deyil”
May ayında yeni əfv sərəncamı imzalanacağı barədə xəbərlər yayılıb. Ehtimallara görə, gələn ayın ya 10-da, ya da 28-də əfv veriləcək. Hətta bununla ölkə iqtidarının siyasi məhbus məsələsini tamamən həll edəcəyi, Novruz əfvinə düşməyən, Avropanın diqqətində olan siyasilərin azadlığa buraxılacağı qeyd olunub.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı İşçi Qrupunun bu istiqamətdə mütəmadi olaraq fəaliyyətini davam etdirdiyini və siyahılarının hazır olduğunu deyib: "Amma ötən siyahımızdan 17 nəfər azad olunduğu üçün əvvəlki şəxsləri yeni siyahıya daxil edirik. Ən əsası odur ki, bu istiqamətdə öz işlərimizi davam etdiririk ki, məhkumların azadlığa çıxmasının şahidi olaq. Bilirsiniz ki, İşçi Qrupunun tərkibində dövlət strukturlarının nümayəndələri də iştirak edirlər. Bir qismi isə eyni zamanda Əfv Komissiyasının üzvüdür. Biz daimi olaraq bu istiqamətdə müzakirələr aparır və öz sənədlərimizi təqdim edirik. Əfvlə bağlı hər zaman gözləntilərimiz var. Ümid edirik ki, siyahıda olanların bir çoxu azadlığa buraxılacaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, may ayında yenidən əfvlə bağlı sərəncam verilə bilər və islamçıların da bu siyahıda yer alacağı gözlənilir: "Böyük ehtimalla may ayında əfvlə bağlı sərəncam veriləcək. Bəli, islamçıların da bu siyahıda yer alacağı gözlənilir. Lakin kimin siyahıya daxil olmasını hələ deyə bilmərik. Sonda necə olacaq, nə vaxt olacaq, onu özünüz görəcəksiniz”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə may ayında əfv sərəncamının olub-olmaması ilə bağlı dəqiq fikir söyləməyin çətin olduğunu deyib: "Əfv sərəncamı Prezidentin konstitusion müstəsna səlahiyyətlərinə aid məsələdir. Əslində əfvin belə tezliklə verilməsi doğru da sayılmır. Bu, cəza ilə bağlı məsələlərdə bəzi problemlərin yaranmasına səbəb ola bilər. Əlbəttə, çox arzu edərdim ki, əfv verilsin. Amma bu barədə hər hansı bir məlumatım yoxdur”.
Ə.Nuriyevin sözlərinə görə, əfv sərəncamının olub-olmamasından asılı olmayaraq Əfv Komissiyası öz işini davam etdirir: "Əfv Komissiyasının katibliyi daimi fəaliyyət göstərən bir strukturdur. İl ərzində hər gün ora müraciətlər daxil ola bilər və daxil olmaqdadır. Bütün hallarda komissiyanın katibliyinə daxil olan və ya yönləndirilən müraciətlər məlumat bazasına daxil olur. Məlumat bazasına daxil olandan sonra hər bir müraciət edən şəxslə bağlı məlumatların toplanılması başlayır. Məhkumun şəxsiyyəti, ailə vəziyyəti, səhhəti, davranışı ilə bağlı bir sıra qurumlardan lazımi məlumatlar toplanılır. Ali Məhkəmənin sədri və Baş Prokurorluqdan da məhkumla bağlı rəylər alınır və həmin rəylər də toplanan məlumatlara əlavə edilir. Sonda toplanan məlumatların məcmusu olaraq arayışlar hazırlanıb komissiyanın sədrinə təqdim olunur. Komissiyanın sədri daxil olan müraciətlə bağlı bütün prosedurların başa çatdığını müəyyənləşdirdikdən sonra iclas çağırılır. İclasda bütün sənədləri komissiya üzvlərinə təqdim edirlər və komissiya üzvləri də öz mülahizələrini, fikirlərini söyləyirlər, səsvermədə iştirak edirlər. Səsvermə nəticəsində artıq həmin şəxsin əfv edilməsi ilə bağlı tövsiyə xarakterli qərar hazırlanır. Kimin əfv edilib-edilməməsi ilə bağlı qərarı Prezident qəbul edir. Əfv Komissiyasının iclasının nə zaman olması hələ ki məlum deyil. Daxil olan müraciətlər əsasında ətraflı məlumatlar toplandıqdan sonra iclasın çağırılması da mümkün olacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial