Mədəniyyət naziri Azərbaycan xalqına müraciət edib
10:02 03.10.2018
Arxiv
589
"Dünyada qloballaşma gedir. Rep kimi dünyanın müasir musiqiləri hər tərəfdən gənclərimizin beyninə daxil olur”.
"Report” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.
O bildirib ki, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsinin Azərbaycan üçün xüsusi yeri və əhəmiyyəti var: "Biz buna nail olduq. Ancaq gəlin baxaq, cəmiyyətin şüurunda, əhalinin gündəlik fəaliyyətində aşıq sənəti lazımi şəkildə qorunurmu? Məktəblərdə lazımi qədər tədris olunurmu? Aşıq sənəti yeni gənclərin ora cəlb olunması ilə inkişaf edir. Bütün işi Mədəniyyət Nazirliyinin çərçivəsində olan musiqi məktəblərinin üzərinə qoymaq düzgün deyil. Bu, cəmiyyətin işidir. Bütün sahələr vahid bir siyasəti həyata keçirməlidirlər. Biz necə edək ki, muğamımız, aşıq musiqimiz, mətbəximiz yaşasın?”
Nazir bildirib ki, dünyada ideoloji müharibə gedir: "Biz yeni dünyada yaşadığımızı dərk etməliyik. Dünyada ideoloji müharibə gedir və bu müharibədə zəiflər məğlub olur. Xalq qloballaşmanın qarşısına öz sərvətini qorumaq üçün güclü amil qoymalıdır. Hər bir ictimai qurum, hər bir məktəbdə, müəllimin sinifdə tədris etdiyi bütün proqramlarda Azərbaycan xalqının sərvətlərinin böyük əhəmiyyət kəsb etməsi haqqında daim tərbiyə işi getməlidir. Biz bu yeni dünyada sərvətləri qoruyub növbəti nəsillərə sağlam təqdim edə bilməsək, onda bizim nəslə gələcəkdə lənət oxuyacaqlar. Mən bu sözümü hüquq-mühafizə orqanlarından tutmuş biznesmenlərə qədər ünvanlayıram. Əgər Azərbaycanı qorumaq istəyiriksə, bu müharibəyə hərəmiz bir əsgər kimi getməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət