Məhkəmə Koçaryanı azad etdi – O toxunulmazdır
14:19 13.08.2018
Arxiv
878
Vəkilin sözlərinə görə, o məhkəmə zalından çıxıb və artıq oranı tərk edib
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Apelyasiya Məhkəməsinin qərarına əsasən azad edilib. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vəkil Ruben Saakyan bildirib.
"Məhkəmə Koçaryanın toxunulmaz olduğunu nəzərə alaraq vəkillərin şikayətini təmin edib" — deyə vəkil qeyd edib.
O vurğulayıb ki, əgər Koçaryanın atdığı addımları statusundan irəli gəlibsə, o, prezidentlik müddətində və ya bu müddətdən sonra cinayət təqibinə məruz qala bilməz.
Vəkilin sözlərinə görə, eks-prezident məhkəmə zalından çıxıb və artıq oranı tərk edib.
Qeyd edək ki, Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.
Xatırladaq ki, eyni cinayət işi üzrə həbs edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov 5 milyon dram (11 min ABŞ dolları) girov qoymaqla zaminə buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq