“Əlilliyi olan şəxslərin ayrıca mənzillərdə yerləşdirilməsi doğru deyil. Çünki o zaman sanki həmin insanları çıxdaş edir, onlara qarşı ayrıseçkilik nümayiş etdirmiş oluruq”
“Mən yenə o təklifin üzərində dururam”
-Həmin insanlar təkcə səngərdə deyil, eyni zamanda idarəçilikdə də dövlətimizin yanında olmalıdır...
“Əlilliyi olan şəxslərin ayrıca mənzillərdə yerləşdirilməsi doğru deyil. Çünki o zaman sanki həmin insanları çıxdaş edir, onlara qarşı ayrıseçkilik nümayiş etdirmiş oluruq”
“Əlilliyi olan şəxslərin ayrıca mənzillərdə yerləşdirilməsi doğru deyil. Çünki o zaman sanki həmin insanları çıxdaş edir, onlara qarşı ayrıseçkilik nümayiş etdirmiş oluruq”
Zahid Oruc: "Qarabağ əlillərindən bir nəfər nazir müavini olsa yaxşı olar”
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin iclasında millət vəkili Zahid Oruc əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif etmişdi.
Deputat bildirmişdi ki, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər. Təklif mətbuatda müzakirə olunduqdan sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deputata cavab verib. Nazir bildirib ki, əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir. Onun fikrincə, bu, yanlış yanaşmadır: "Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil. Yaxşı, mən də sual ünvanlayıram. Niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?! O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq”. Nazir Səlim Müslümovun sualına cavab almaq üçün təklifi səsləndirən millət vəkili Zahid Orucla əlaqə saxladıq.
Deputat "Şərq”ə açıqlamasında bildirdi ki, parlamentin ötən gün keçirilən iclasında əhalinin sosial təminatını və müdafiəsini həyata keçirən müvafiq qurumun büdcəsi, eyni zamanda insanların yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub:
"Biz parlamentdə son dönəmlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi islahatları təqdir etdik. Çünki təmsil etdiyimiz bölgələrə gedərkən ünvanlı yardımların verilməsi, əlillik dərəcələrinin təyin olunması və şəhid ailələri ilə bağlı xeyli təklif, şikayət və müraciət alırdıq. İndi həmin dinamikaya baxanda görürük ki, bizə edilən yazılı müraciətlərdə və şifahi çağırışlarda azalma var. 5 il əvvəl mövcud olan problemlər artıq yoxdur. Qarabağ əlilləri ilə bağlı irəli sürdüyümüz təkliflər qəti şəkildə hansısa nazirliyə qarşı yanaşma deyil. Əksinə, həmin sahədə çalışan müxtəlif ictimai qurumların nazirlik yanında idarəçiliyə cəlb olunmasını daim təqdir etmişik. O fikirlə də razıyıq ki, Qarabağ əlilləri Azərbaycan cəmiyyətindən kənarlaşdırılmamalıdır. Hörmətli Səlim Müslümovun yanaşmasını anlayışla qarşılayıram və adekvat münasibət göstərdiyini hesab edirəm. Xatırlayırsızsa, Milli Məclisdə təkliflə çıxış etmişdim ki, əlilliyi olan şəxslərin ayrıca mənzillərdə yerləşdirilməsi doğru deyil.
Çünki o zaman sanki həmin insanları çıxdaş edir, onlara qarşı ayrıseçkilik nümayiş etdirmiş oluruq. Onu da bəyan edim ki, Qarabağ müharibəsinin iştirakçıları bir neçə dəfə parlament seçkilərinə qatılıblar”. Deputat deyib ki, əslində bir neçə təklifləri içərisindən sadəcə "əlillərdən bir nəfər nazir müavini olsun” ifadəsi qabardılıb, önə çıxarılıb: "Mən bu təklifin üzərində dururam və dəstək verən şəxslərə öz təşəkkürümü bildirirəm. Əlbəttə, niyyətim qətiyyən ali icra orqanının işinə müdaxilə etmək deyil. Fikrimcə, bu addım cəmiyyətdə bir çox yanaşmaları dəyişəcək. Həmin insanların üzərinə idarəçilik məsuliyyəti düşdükcə, onlar problemlərin xarakterinə bir qədər fərqli yanaşacaqlar. Hər bir halda öz nümayəndələri vasitəsi ilə veriləcək izahları, yanaşmaları daha anlayışla qəbul edəcəklər. Nəzərə alaq ki, müharibə hələ bitməyib. Təəssüflər olsun ki, Ermənistanda yeni müdafiə nazirinin təyinatından sonra yaşananlar bizi təxribata çəkməkdədir. Düşmən ölkədə büdcənin boşaldığını görən müdafiə naziri Sarkisyan təklif etdi ki, Qarabağda həyatını itirən şəxslərə 20 min dollar, əlillərə isə birdəfəlik 10 min dollar pul ödənilsin.
Ancaq bu vəsaitləri ödəməyə gücü çatmayan erməni hökuməti dövlət qulluqçularının və digər insanların üzərinə "Qarabağ vergisi” qoydu. Həmin vəsaitlə də müharibədə ölənlərin ailələrinə pul verməyi qərara aldı. Lakin biz bu məsələyə adamların başına qiymət qoymaq, valideynlərə "oğlunu mənə ver, əgər ölsə, sənə pul verəcəyik” sövdələşməsi kimi yanaşdıq və qarşı çıxdıq. Yenə vurğulayıram, müharibə davam edir.
Ona görə də ərazi bütövlüyümüzün təmin olunması məsələsi bütün siyasi mübarizəmizin və idarəçiliyimizin əsasını təşkil edir. Belə olan təqdirdə həmin insanlar təkcə səngərdə deyil, eyni zamanda idarəçilikdə də dövlətimizin yanında olmalıdır. Cənab Prezidentin siyasətində hər zaman Qarabağ müharibəsi iştirakçılarına çox müsbət münasibət olub. Dəfələrlə verilən sərəncamlar, qərarlar və tapşırıqlar bu ideyaya xidmət edir.
Mən məhz bunun müqabilində həmin təkliflə çıxış etmişəm və əminəm ki, düzgün anlaşılmışam. Bu mövqe cəmiyyətdə özünə yer etdikcə, bu cür ideyalar reallaşacaq. Əslində Səlim müəllimin göstərdiyi münasibətdə də hansısa ziddiyyət görmürəm”.
İsmayıl