Mənzillərin qiymətində əhəmiyyətli ucuzlaşma baş verməyib
13:54 01.07.2017
Arxiv
681
Rəşad Əliyev: “Ucuz mənzillərin meydana çıxmasının əsas səbəbi şəhər ətrafında çoxsaylı mənzillərin tikilib müştərilərə təklif edilməsidir”
"Əvvəllər Bakı şəhərində 50 min manatdan aşağı birotaqlı mənzil tapmaq mümkün deyildisə, hazırda 30-35 min manata ev almaq mümkündür”. Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramin Osmanlı deyib.
Mənzil bazarındakı mövcud durumu dəyərləndirən ekspert vurğulayıb ki, ilin əvvəlində mənzillərin qiymətində artım müşahidə olunsa da, proses tədricən ucuzlaşma ilə əvəz olunur: "Nisbi qiymət azalmaları var. Bütövlükdə 2014-cü ilin sonunda qeydə alınmış rəqəmlərlə indiki qiymətlər arasında təxminən 30-35 faizdən çox fərq var. Ölkənin mövcud iqtisadi vəziyyəti mənzil bazarında da özünü göstərir”.
Mənzillərin ucuzlaşması iddiası ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Rəşad Əliyev deyib ki, son 10 il ərzində təklif bazarında böyük həcmdə dəyişiklik müşahidə edilir. Ekspert vurğulayıb ki, axır zamanlar satıcılara şəhər ətrafında tikilən mənzillər daha çox təklif olunur:
"Halbuki əvvəlki dövrlərdə şəhərdən kənarda yeni tikililərə çox az rast gəlinirdi. Ancaq sonradan mərkəzdən uzaq yerlərdə mənzillər çoxaldı. Məsələn, Xırdalanda xeyli sayda yaşayış binası tikildi, 7-8 il bundan qabaq orada vəziyyət tamam başqa cür idi. Onu da deyim ki, tikilən binaların yerləşdiyi ərazilər arasında bu cür bölgü aparılır: - Mərkəzdə, mərkəzə yaxın yerlərdə və mərkəzdən uzaqda tikilən mənzillər.
Hazırda ucuz mənzillərin meydana çıxmasının əsas səbəbi şəhər ətrafında çoxsaylı mənzillərin tikilib müştərilərə təklif edilməsidir. Bu proses təklif bazarına müsbət təsir göstərir. O ki, qaldı qiymət tendensiyasına, ucuz mənzillərin qiymətlərində manat ifadəsində elə də əhəmiyyətli ucuzlaşma baş verməyib. Söhbət ümumi məbləğin cüzi azalmasından gedir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya