Mənzillərin ucuzlaşması davam edəcək- PROQNOZ

Ramil Osmanlı: "Dolların bahalaşması bazarda qiymət artımına səbəb ola bilməz"


Qarşıdakı aylarda mənzillərin qiyməti ucuzlaşcaq.

Bu barədə Sherg.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib. 

Ekspertin sözlərinə görə, hazırda mənzillərin bahalaşması üçün heç bir əsas yoxdur: 

"Dolların manata nisbətdə möhkəmlənməsi belə bir fikir yaradır ki, mənzillərin də qiymətlərində artım olacaq. Birinci devalvasiyadan sonra ev sahibləri süni formada qiymət artırmağa çalışdılar. Lakin satışların ciddi şəkildə azalması nəticəsində qiymətlər də məcburi aşağı salındı. İkinci devalvasiyadan sonra isə nəğd formada alqı-satqı əməliyyatlarının məhdudlaşması daşınmaz əmlak bazarında qiymət azalmasını sürətləndirdi. Hazırki şəraitdə dolların qalxması daşınmaz əmlak bazarında qiymət artımına səbəb ola bilməz. Çünki potensial alıcılar öz vəsaitlərini dollar şəklində saxlamağa üstünlük verirlər. Tikintilərə dövlət tərəfindən ayrılan vəsaitlərin azalması tikinti sürətini də aşağı salıb. Bu da, qiymətlərin artmasına maneə kimi çıxış edir. Yeni tikililərin bazara normal qiymətdə çıxarılması tənzimlənməni həyata keçirir. Qarşıdakı aylarda isə mənzillərin qiymətlərində nisbi azalmalar müşahidə olunacaq”.

Aysel Aslan