Merkel 10 il sonra təkrar söylədi: "...Bunu Ərdoğan da bilir"






Angela Merkel Avropaya mühacir köçünü dayandırmaq üçün Türkiyənin köməyinə ehtiyacları olduğunu, ancaq buna baxmayaraq Türkiyənin Avropa Birliyinə  üzvlüyü mövzusunda fikirinin dəyişmədiyini söylədi.

Türkiyənin Avropa Birliyi  üzvlüyünün qəbulunun əleyhdarı olaraq tanınan Almaniyanın baş naziri Angela Merkel, Almaniya dövlət televiziyasına verdiyi açıqlamada fikirini dəyişmədiyini söylədi. Merkel, "Türkiyənin AB üzvlüyünə hər vaxt qarşıydım. Bunu Ərdoğan da bilir. Fikirim hələ dəyişmədi" deyib.


Dövlət başçısı Ərdoğanın bu həftə Brüseldə təşkil etdiyi ziyarətdə AB-li səlahiyyətlərlə danışıqlarında qaçqın böhranının həllində əməkdaşlıq üçün AB ilə Türkiyə arasında "Ortaq iş qrupu" qurulması qərarlaşdırılmışdı. Bu mövzu haqqında danışan Merkel, "Yükü daha çox paylaşmaq üçün Türkiyə ilə danışmalıyıq . Bu da Türkiyəyə pul göndərmək, vizanı asanlaşdırmaq kimi Türkiyənin bəzi tələblərini yerinə yetirməyimiz mənasını verir" deyə əlavə edib.