“Merkel arxadan xəncər sancıb, sonra da nəsihət verir”

“Onun məsləhəti və ya tövsiyəsi Türkiyəyə lazım deyil”
“Almaniyanın özü 15 milyon yəhudini yandırıb. İndi özlərinin günahlarının ört-basdır edilməsi üçün başqa xalqlarda qurban axtarırlar”

Almaniynaın kansleri Angela Merkel Türkiyənin bundestaqın qərarı ilə bağlı ittihamlarına cavab verib. O qeyd edib ki, Almaniya Bundestaqının "erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarla bağlı Türkiyə tərəfinin etirazını və ittihamlarını anlaya bilmir:

"Bundestaqda qəbul olunun qətnamə ilə bağlı iki mövqe mövcuddur - biri alman bundestaqının çoxluğu və bir də Türkiyə tərəfi. Mən şəxsən bu məsələ ilə bağlı təklif edərdim ki, Türkiyə Ermənistanla birbaşa dialoqa başlasa, yaxşı olardı. Bundestaqın deputatlarına gəldikdə, onlar istisnasız müstəqil seçilmiş şəxslərdir. Hansı ki, indi Türkiyə tərəfdən ittihamlar və bəyanatlar səslənir, mən onları başa düşə bilmirəm”.

Kanslerin iddialarını şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Merkel arxadan xəncər sancıb, sonra da nəsihət verir: "Onun məsləhəti və ya tövsiyəsi Türkiyəyə lazım deyil. Merkel kimi qadının məsləhətinə Türkiyənin ehtiyacı yoxdur. Merkeldən daha müdrik açıqlama gözləyirdik. Amma o, aləmi biri-birinə vurub qarışdırdı. Sözün həqiqi mənasında bu qadın anlamır ki, onun ölkəsi hər dünya müharibələrinin ikisində də Türkiyə ilə müttəfiq olub. Almaniyanın özü 15 milyon yəhudini yandırıb. İndi özlərinin günahlarının ört-basdır edilməsi üçün başqa xalqlarda qurban axtarırlar. Amerikanın özündə qullar, qaradərililər, abarogen hindular və anqlo-sakslar genosid qurbanları olublar. Dünyaya genosidin nümunəsini avropalılar gətiriblər. Belə olan halda Merkelin bizə nəsihət verməyə qalxması, doğrudan da, ürəkbulandırıcıdır. Ayıbına kor olmaq əvəzinə, kimlərəsə məsləhət verir. Merkelin hərəkətləri normal siyasətçi davranışı deyil. Almaniya kimi ənənəsi olan ölkənin kansleri belə təkəbbürlü danışmalı deyil. Bir sözlə, baş verən hadisələr kədərləndiricidir”.

Ayyət Əhməd