Məşhur müğənni dağlarda istirahət edir: “Kaş ki, getməzdik”

Rusiyalı məşhur müğənni Sergey Lazarev Soçidə istirahət edir.
“Sherg.az”ın “Rambler.ru”ya istinadən verdiyi xəbərə görə, o, Krasnaya Polyada istirahət edir və qış idman növlərinin sirlərinə yiyələnir.
Sənətçi ilk təcrübəsinə dair “İnstagram” hesabında yazıb:

“Bu gün həyatımda ilk dəfə snoubordla məşğul oldum. Düzü, qarda və dağlarda tətil həmişə mənə maraqsız idi. Amma dostlarım məni dəvət etdi. Razılaşdım. Peşman deyiləm.”