Millət vəkilləri narazıdır
23:22 09.09.2016
Arxiv
471
Deputatlar davranışları ilə bağlı qanuna ehtiyac görmürlər, hüquq müdafiəçisi isə qanunu alqışlayır
Qüdrət Həsənquliyev: "İfadəyə görə deputatın mandatdan məhrum edilməsi yaxşı qarşılanan hadisə olmayacaq”
Fazil Mustafa: "Hesab edirəm ki, millət vəkillərinin məmurlarla bərabərləşdirilməsi və hər ikisindən eyni dərəcədə davranış tələb olunması yolverilməzdir”
Novella Cəfəroğlu: "Hər bir insan öz danışdıqlarına və davranışlarına diqqət etməlidir”
Azərbaycanda bu il deputatların etik davranışı ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanan qanun layihəsi üzərində iş artıq başa çatmaq üzrədir. Layihənin müzakirəsi 2016-cı ilin payız sessiyasının gündəliyinə daxil edilib.
Bəs deputatların etik davranışı kodeksi hansı formada olacaq?
Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib ki, "Milli Məclisin deputatlarının etik davranış qaydaları haqqında” qanun hazırlanarkən diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, "Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi onsuz da çox həssas bir məqamda müzakirəyə çıxarılacaq. "Belə ki, sentyabrın 26-da keçiriləcək referendumda da deputatların fəaliyyətinə xitam verilmə məsələsi var. Axı, dünyanın digər ölkələrinin parlamentlərində deputatlar əlbəyaxa dava edir və bizlər də bunun şahidi olmuşuq. Ancaq onların bu hərəkətlərinə görə fəaliyyətlərinə xitam verilmir. Düzdür, bu, yaxşı hal olmasa da, dünyada belə hadisələr olur. Demək istəyirəm ki, Azərbaycanda deputatların etik davranış qaydaları hazırlanarkən bu məsələlər nəzərə alınmalıdır. Daha deputata hansısa ifadəsinə görə mandatına xitam verilməməlidir. Sadəcə, qanun layihəsində deputatlar biri-birinə fiziki xəsarət yetirdikdə mandatdan məhrum edilə bilər və bu, başadüşüləndir. Yəni, demək istəyirəm ki, burada müəyyən bir qırmızı xətt müəyyənləşdirilməlidir. İfadəyə görə deputatın mandatdan məhrum edilməsi yaxşı qarşılanan hadisə olmayacaq. Ona görə də diqqətli olmaq lazımdır”.
Millət vəkili Fazil Mustafa isə ümumiyyətlə "Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanuna ehtiyac olmadığını deyib: "Millət vəkilləri hər hansı formada davranış sərgiləyirsə, onun qiymətini öz seçiciləri verməlidir. Hesab edirəm ki, millət vəkillərinin məmurlarla bərabərləşdirilməsi və hər ikisindən eyni dərəcədə davranış tələb olunması yolverilməzdir. Bu qanun layihəsinin qəbul olunacağı halda millət vəkillərinin sərbəstliyi üçün bir sədd rolu oynayacağını düşünürəm. Elə millət vəkili var ki, seçiciləri onu məhz çılğınlığına görə seçib. Biri öz təmkini, digəri də öz işgüzarlığı ilə seçicilərinin səsini alıb. "Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun bütün deputatlardan eyni cür davranış tələb edəcək ki, bunun da millət vəkili statusu ilə uyğunlaşmadığını düşünürəm. Onsuz da seçicilər hər bir millət vəkilinə öz davranışına görə qiymət verir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun isə qanun layihəsinə münasibəti lakonik olub. O, sadəcə millət vəkilləri üçün yox, hər bir sahə üzrə etik davranış kodeksinin müəyyən edilməsini vacib hesab etdiyini deyib: "Hər bir insan öz danışdıqlarına və davranışlarına diqqət etməlidir. İnsanları tənqid eləmək olar, amma təhqir yolverilməzdir. Sözügedən qanun layihəsində bu məsələ başlıca şərt olaraq qeyd olunmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media