Milli Məclisin iclası keçirilir




Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Sherg.az-ın xəbərinə görə, sədr müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 57 məsələ daxildir.

Deputatlar iclasda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" (üçüncü oxunuş) və "Psixoloji yardım haqqında" (birinci oxunuş) qanun layihələrinə baxacaqlar.