"Milliyyət" yazdı: Bakıda insanları yaşlı adamın təpiyi qurtardı - FOTOLAR

Azərbaycanın paytaxtı Bakıda yolda yaşanan bir qəza sonrası avtomobilin içində sıxışıb qalan sərnişin  canlı - canlı yanmaqdan son anda qurtarıldı. Gənclər güclənən alovları görüb, uzaqlaşdı. İnsanları qurtaransa, yaşlı bir adamın atdığı təpik oldu.
"Milliyyət" yazır ki, yolda hərəkətdə olan avtomobil arxadan bir başqa maşına çırpılır. Bura qədər kiçik bir qəza kimi görünən hadisə tam bir faciəyə çevrilmək üzrə idi.
Güclü zərbədən avtomobilin  içindəkilər sıxışıb qaldı. Avtomobilin qapıları heç cür açılmayıb. Avtomobili bürüyən alovlar getdikcə böyüməyə başlayıb.
Köməyə gələn yaşlı bir adam əvvəl sürücünün olduğu qapını açmağa çalışdı, ancaq bacara bilmədi. Ardından şüşəyə vurduğu bir təpiklə şüşəni paramparça edib. Dərhal sonra sürücünü tutub şüşədən çıxarıb.
Daha sonra köməyə gələnlərlə birlikdə avtomobilin içindəkilər qırıq şüşədən tək-tək çölə çıxarılıb.
Hadisənin ən maraqlı yanı gənc insanların heç bir şey etməməsi, ancaq yaşlı adamın böyük bir cəsarətlə tək bir təpiklə şüşəni qırıb, insanları qurtarması oldu.