Möcüzə kimi hadisə: "Niva" parça-parça oldu, sürücü sağ çıxdı

Bu gün Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, "VAZ 2121" (Niva) markalı minik avtomobili yük maşınına çırpılıb. Nəticədə sürətlə hərəkətdə olan minik avtomobili bir neçə hissəyə bölünüb və yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən avtomobilin sürücüsü qəzadan sağ çıxıb.
Əlavə məlumat veriləcək.