Möcüzə: Yalnız burnunu suyun üzərində saxlamağı bacarıb - FOTOLAR

Yoqanın bir hərəkəti ilə qurtuldu
Daniel Müller Avstraliyanın Sidney şəhərinin 300 kilometr uzaqlığında qazma maşınını sürərkən gölün kənarı çöküb.
3 tonluq qazma maşınıyla gölə düşən Müllerə maşının bir parçası ilişir. Yoqada kürəyini gərərək və sinəsini havaya qaldıraraq, kobra mövqeyində dayanan Müller, yalnız burnunu suyun üzərində saxlamağı bacarıb. Xilas olduqdan sonra Avstraliyanın Sidney "Daily Telegraph” qəzetinə danışan 45 yaşlı kəndli, "Göldə qapalı qalmışdım və başmı suyun üzərində tutmağım lazım idi. Dərhal kobra mövqeyi aldım. Yoqa ilə məşğul olmağım və həyata ümidim məni xilas etdi” deyib. Müller, qonşusu kömək çağırışlarını eşidənə qədər bu mövqeydə qalıb. Xilasetmə qrupları Müllerin 2 saat suda qaldığını söyləyiblər. Ancaq Müllerin həyat yoldaşı Saimaa, Facebookda ərinin 5 saat boyunca mübarizə apardığını yazıb. Polis şefi Neil Stephen, Mülleri gördükləri vaxt onun yalnız alınının və burnunun gölün üstündə göründüyünü söyləyir və "Həyatda olduğu üçün çox şanslıdır” deyir. Hadisə yerinə gələn xilasetmə qrupu Mülleri qurtarmaq üçün göldən palçıq və su çəkib. Xilasetmə qrupunun kapitanı Steve Howard, "Bu qədər uzun müddətdə o mövqeydə dayana bilməsi həqiqətən inanılmazdır” deyir. Müller vertolyotla xəstəxanaya çatdırılıb və müalicə edilib. Həyat yoldaşı Saimaa, ərinin tamamilə zehin gücündən istifadə edərək həyatda qaldığını söyləyir.
Saimaa Facebook hasabından paylaşdığı mesajda, "Əfsanə bir adamdan, əfsanə bir mübarizə nümayişi” yazıb.