Mosul İŞİD qüvvələrindən tamamilə azad olunub - "Lemonde" yazır




Mosul İŞİD qüvvələrindən tamamilə azad olunub. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu iş İraq Xüsusi Hərbi Hava Qüvvələrinin səyi nəticəndə baş tutub. 

İŞİD silahlı dəstələrinin son bir neçə üzvü Mosulun ən qədim şəhərlərindən olan Tiqr şəhərinin Al-Midan küçəsində məhv edilib. Hazırda orada bir dənə də olsun terrorçu qalmayıb. 

 İŞİD-ə qarşı hazırlanmış qrupun iraqlı polkovnik - leytenantı Salam Yassem Hüseynin verdiyi məlumata görə, həmin şəhər sakinləri öz evlərinə qayıtmağa başlayıblar və artıq yavaş -yavaş küçələrdə insanlar görünür.

Ayyət Əhməd