
MTRŞ-dan kabel televiziyalarına “Kanal D” yasağı
12:32 27.04.2016
Arxiv
418
Milli Televiziya və Radio Şurasının (MTRŞ) ölkədə fəailiyyət göstərən kabel televiziyalarına "Kanal D” telekanalının yayımının dayandırılması haqqında göstəriş verib. Bu barədə Musavat.com-a "Nar CityNet” şirkətindən bildiriblər.
Qeyd edək ki, Azərbaycan tamaşaçıları arasında populyar olan "Kanal D” telekanalının yayımını əksər kabel televiziyalarında təxminən iki ay əvvəl dayandırılmışdı. "MTN işi” ilə bağlı həbs olunan BTRİB-in sabiq rəisi Beytulla Hüseynova məxsus olan "CityNet” provayderi isə "Kanal D”nin yayımını davam etdirirdi. Bir müddət əvvəl satılıb. "CityNet” "Nar” mobil operatoruna satıldıqdan və "Nar CityNet” adlandırıldıqdan sonra provayderin yayım siyasətində dəyişiklik edilib. Baszar ertəsindən etibarən abunəçilərə heç bir xəbərdarlıq edilmədən "Kanal D”nin yayımı dayandırılıb.

Musavat.com-un əməkdaşı "Nar CityNet”lə əlaqə saxlayıb və bunun səbəbini öyrənməyə salışıb. Şirkətdən bildirilib ki, MTRŞ "Kanal D”nin yayımına icazə vermir: "Biz sona qədər "Kanal D”ni saxlamağa çalışdıq. Lakin iki ay müqavimət göstərə bildik. Nəhayət, aprelin 25-dən yayımı dayandırmalı olduq. Çünki, MTRŞ bunu bizdən tələb edir”.
Qeyd edək ki, "Kanal D” telekanalı "Doğan” media qrupuna daxildir və məşhur iş adamı Aydın Doğana məxsusdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual