Mübariz Mənsimovun təmiz adı ona öz şöhrətindən faydalanmasına haqq qazandırır

İnsanı həmişə həyatda və başqalarının qəlbində onun yaxşı əməlləri yaşadır. Haqqında söz açdığım nüfuzlu iş adamı Mübariz Mənsimovun da saleh əməlləri bir deyil, beş deyil, saymaqla qurtarmaz. Sözün hərfi mənasında zəhməti ilə ucalanlara nümunədir. Gənc yaşlarından yüksək təşkilatçılığı, prinsipiallığı, yorulmazlığı ilə seçilib, məsuliyyət hissi, səriştəlilik göstərə bilib, işlə yoldaşlığı, dostluğu balanslaşdırmağı bacarıb. Bütün çətin anlarda həmişə öz savadına, bacarığına güvənib. Onun əksər başqa gözəl keyfiyyətləri də məhz əməksevərliyindən "su içir", zəhmətkeşliyi ilə tamamlanır, çalışqanlığı ilə qüvvətə yüksəlir.
İnsan nə qədər qayğıkeş olmalıdır ki, səninlə ilk tanışlığında, ilk təmasdan, ilk dəqiqədən, hətta sosial şəbəkədə virtual yazışmadan sənə həyan olsun, dərdini öz dərdi, sevincini öz sevinci bilsin. Cənab Mübariz Mənsimov da təkcə dost-tanış, yaxın-uzaq qohum - əqrəba, iş yoldaşları deyil, onun xeyirxahlığından, alicənablığından xəbər tutub ona pənah gətirən hamı ilə qayğılanır. Onun dostları sırasında dənizçidən, sürücüdən tutmuş generala, akademikəcən vardır. Yüksək təşkilatçılıq məharəti ilə iş quraraq neçə-neçə ailə başçısının əlini çörəyə çatdırmışdır. Məhz könlünün zənginliyi və əməlləri ilə dostlar, tanışlar, işçilər və digər insanlar arasında böyük nüfuza yiyələnmişdir. Çünki o, mərhəmətin deyil, mərhəmət onun sahibidir.
Görkəmli ərlərin qarşılıqlı rəğbəti diqqəti çəkir. Qədirbilən Azəri oğullarından Mübariz Mənsimovun Milli Qəhrəmanımız Mübariz İbrahimova rəğbəti heç kəslə məsləhətləşmədən, ictimai rəyi gözləmədən, kənar qüvvənin təhriki olmadan yarandı. Mübariz Mənsimovun sahibkarı olduğu, dünyanın ən böyük dənizçilik sindikatlarından olan "Palmali" Şirkətlər Qrupu "Mübariz İbrahimov" gəmisini dünya sularına buraxdı.
Hardan qaynaqlanır bu rəğbət? Qəhrəmana rəğbətin məlum səbəbləri aydındır: Hamı belə rəğbəti alqışlayır. Bizim misalda hətta başqa amillərin də sirayətindən danışmaq olar. Məsələn, kimsə deyə bilər ki, rəğbət bəsləyənlə rəğbət ünvanı olan şəxslərin adları eynidir - Olsun! Əslən Azərbaycanın cənub bölgəsindəndirlər - Bu da üzdə olan faktdır. Mübariz Mənsimov gəncliyində hərbi məktəb oxuyub - Təsiri mümkündür. Mənsimovun ailəsində yeddi nəfər şəhid olub - Əhəmiyyətli faktordur...
Amma rəğbətin məchul növü də vardır, onu da orta əsr ispan mütəfəkkiri Baltasar Qrassian araşdıraraq belə bir nəticəyə gəlib ki, qəhrəmanla dostlaşmaq, məhz qəhrəmana xas əlamətdir və bu sirli, gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir. Filosof özünün müəllifi olduğu "Kamillik elmi" adlı fəlsəfi traktatında yazıb: "Ürəklərin və xarakterlərin oxşarlığı mövcuddur. Kənar müşahidəçilərin çoxu bunu sehrli qüvvənin təsiri kimi başa düşür. Rəğbətin başlanğıcı hörmətdir, sonra bu, artaraq heyranlığa, axırda isə bağlılığa çevrilir. Rəğbət olan yerdə nəyə isə inandırmaq üçün sözə, əldə etmək üçün isə zəhmətə ehtiyac yoxdur. Rəğbəti hiss etmək, duymaq, anlamaq, fərqləndirmək və qazanmaq böyük məharət tələb edir. Belə əsrarəngiz meyl öz-özünə yaranmasa, heç bir inadlı səy onun yaranmasına kömək edə bilməz".
Mübariz Mənsimov öz comərdliyi ilə, fədakarlığı, həssaslığı, səxavətiylə Milli Qəhrəman Mübariz İbrahimovun adını əbədiləşdirməklə bütün Mübariz sevərlərin qəlbinə güvənlik, xatircəmlik işığı saldı.
Təbiətin xüsusi möcüzəsi sayılan dahiyanə ürəklər var. Mübariz Mənsimov sınaqlardan çıxmış ürəyinə inanaraq Mübariz İbrahimovu özünə mənəvi qardaş seçdi. Mübarizin Mübarizə pərəstişi əslində ikincinin qəhrəmanlıq hərəkətinə rəvac verən İlahi mahiyyətə pərəstişdir. Mübariz Mənsimov yaxşı bilir ki, Mübariz İbrahimovun qəhrəmanlıq hərəkəti məhz İlahi təcallanın təzahür formasıdır, ali əxlaqi vəziyyətdir.
Əlbəttə, Mübariz Mənsimovu yalnız sifariş etdiyi gəmilərinə Azərbaycanın siyasi, dövlət, ictimai, elm, mədəniyyət, ədəbiyyat, təhsil sahəsində xidmət göstərmiş şəxslərin və Vətən uğrundə şəhid olmuş Mübariz İbrahimov kimi igidlərimizin adlarını verməsinə görə dəyərləndirmək doğru olmaz.Mübariz Mənsimovun alicənablığından, xeyirxahlığından çoxları faydalanıb. Qardaş Türkiyədə yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan bu gözəl ziyalı doğma Vətəninin tərəqqisi üçün, elin abadlığı, xalqın firavanlığı, gənclərimizin təhsilə yiyələnməsi, gələcəyimiz olan uşaqların xoşbəxt böyüməsi naminə əlindən gələni əsirgəməyib. Ona pənah gətirənləri naümid qaytarmamaqla alqışlarını, minnətdarlıqlarını qazanıb. Təriflənməsini özü təqdir etməsə də, qətiyyən pərəstiş obyektinə çevrilmək istəməsə də, uğurlu iş adamı kimi həmişə diqqət mərkəzində olduğundan, onun haqqında əlçatan mənbələrdə kifayət qədər məlumatlar vardır. İstər biznesdə qazandığı uğurlardan, istərsə də xeyirxahlığından, saleh əməllərindən çox deyilib, çox yazılıb. Onları bir-bir sadalamaq fikrindən uzağam. Bildiyim odur ki, zəhməti ilə ucalan, şöhrəti dünyaya yayılan səxavətli soydaşımız Mübariz Mənsimov həzrət Əli əleyhissəlamın "Sağ əlin verdiyini sol əl bilməməlidir" kəlamına uyğun olaraq özü barəsində belə təqdiredici informasiyaların yayılmasını heç vaxt stimullaşdırmayıb, insanlar ona olan minnətdarlıq hisslərini, səmimi fikirlərini ifadə etmək üçün yüksək tribuna axtarıblar. Sözsüz ki, ona bəslənilən ümidləri yorulmadan qidalandırmağı, daim doğrultmağı bacaran Mübariz müəllimin ictimaiyyətə bəlli olmayan xeyirxah işləri daha çoxdur. Xalq bilməsə də, Xaliq qiymətləndirəcək.
Mübariz Mənsimov biznesi idarə edərkən qoyulmuş məqsədlərə nailolma yollarını və üsullarını düzgün müəyyən etməyi; müxtəlif növ risklərə qarşı vaxtında mübarizə tədbirləri görməyi; biznesin gəlirliyini yüksəltmək məqsədilə xərcləri effektiv planlaşdırmağı; reklam işini düzgün təşkil etməyi; məhsulun və xidmətin maya dəyərini aşağı salmağın yollarını tapmağı bacarır. Sahibkarlıq fəaliyyətində rəhbərliyi altında çalışan işçilərin qayğısına qalır, tələbkarlıq göstərməklə yanaşı, onların hər birinin problemlərini həll etməyə çalışır və buna nail olur. "Palmali" Şirkətlər Qrupu Azərbaycandakı tərəf müqabilləri ilə qarşılıqlı faydalı əməkdaşlıq etməklə, dövlətimizin büdcəsinin zənginləşməsinə, milli müstəqil iqtisadiyyatımızın formalaşmasına əhəmiyyətli töhfələr verir. Maliyyə aktivləri milyardlarla ölçülən, on minlərlə insana iş verən, halal ruzi qazandıran transmilli şirkətin prezidenti Mübariz Mənsimov azərbaycanlıların məşğulluğunun təminatı üçün də əlindən gələni əsirgəmir. Özünün dediyi kimi, "Palmali" şirkətlər Qrupuna daxil olan və Azərbaycanda fəaliyyət göstərən "Pal Süd Dağıtım" MMC-dən, fəxri prezidenti olduğu "Xəzər Lənkəran" futbol klubundan şəxsən özünə gəlir məqsədi güdməyib, əksinə, Türkiyədə qazandıqlarını Azərbaycana gətirib.Mübariz Mənsimov vaxtaşırı olaraq özünün sosial şəbəkədəki hesablarında şirkətindəki vakant yerlər haqda məlumat verir və qürurla qeyd edir ki, gəmilərində çalışan işçilərinin əksəriyyəti həmvətənləri, Azərbaycan vətəndaşlarıdır:"Dəyərli dostlarım, bacılarım və qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur...Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar..."
Onu da qeyd edək ki, Mübariz Mənsimov dənizçilik sənəti olmayan, amma"Palmali"dəişləmək istəyənAzərbaycan vətəndaşlarının qabaqcadan dənizçilik kurslarında təlim keçmələrini də təşkil edir.
Mübariz Mənsimovun tarixi bir bəyanatı var: ”Şirkətimdə üçüncü nəsil erməninin olduğunu eşitsəm, dərhal qovaram”.Bəlkə də bu bəyanat insan hüquqları nöqteyi-nəzərindən uyğunsuz səslənir. Amma azərbaycanlı iş adamının bu mövqeyi onun təkcə Qarabağın ermənilər tərəfindən işğalı ilə barışmamasından irəli gəlmir. Bu yerdə qədim bir deyimi yada salaq: "Gəmidə qadının olması bədbəxtlik vəd edir". Doğrudur, söhbətin sərnişindaşıma xidməti göstərən gəmilərdən deyil, heyəti əsasən kişilərdən ibarət olan yükdaşıyan, yaxud, döyüş gəmilərindən getdiyi bu məsəl indi artıq köhnəlmiş kimi görünsə də, hələ də aktuallığını itirməyib və bədbəxtçiliyə səbəb kimi nəyin nəzərdə tutulduğu hamıya məlumdur. Tarixi, o cümlədən, qədim dünya tarixini bilməmiş olmayan Mübariz Mənsimova yəqin o da məlumdur ki, keçmişdə Roma imperiyasına qarşı qulların ən böyük üsyanını qaldırmış qladiator Spartakı ondan pul alıb aldadan erməni gəmiçilərin xəyanəti uduzdurub. Deməli, gəmidə erməninin olması da yaxşı heç nə vəd etmir.
"Erməni terroru"sənədli filmini bütün Türkiyə TV-lərində yayan, Xocalı soyqırımını Türkiyənin ən prestijli film salonlarında nümayişə çıxaran, Bodrumun mərkəzində Qız Qalası inşa etdirən, İstanbulun ən mərkəzi yerlərində Azərbaycan parkları saldıran Mübariz Mənsimov Ermənistana qarşı informasiya savaşında da dövlətimizə dəstək verir. Axı o, həm də media sahibkarıdır."PalMedia" adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub.Bu kütləvi informasiya vasitələri ilə işğalçı Ermənistanın təcavüzkar siyasətini pisləyir.
Cənab Mübariz Mənsimov yetişməkdə olan gənc azərbaycanlılar nəslinin elmə, savada yiyələnməsinə də öz sanballı töhfələrini verir."Palmali” Şirkətlər Qrupuqardaş Türkiyənin və dünyanın başqa ölkələrinin universitetlərində təhsil alan 20 min nəfərə yaxın azərbaycanlı tələbələrə maddi və mənəvi dəstək verir. Şirkətin təqaüd verdiyi tələbələrbir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar, şəhid ailəsi üzvü olanlar, Qarabağ müharibəsi qazilərinin yaxınları və ağır maddi durumda olan ailələrin övladları arasında seçilir.
Bayraq məfhumu alovlu vətənpərvər Mübariz Mənsimov üçün xüsusi önəm daşıyır. Bu gün dünyanın 5 qitəsində, 7 dənizində yüzlərlə "Palmali" gəmi və tankerləri Azərbaycan bayrağı altında üzür, şirkətin planetin 25 ölkəsində yerləşən ofislərinin binalarının üzərində Azərbaycan bayrağı dalğalanır. Azərbaycanın bayraqdarı kimi tanınan, Milli Azadlıq Hərəkatının fəallarından olan Elman Türkoğlunun müalicəsini öz üzərinə götürməsi də Mübariz Mənsimovun humanistliyi ilə bərabər, həm də bayrağımıza olan sonsuz sevgisindən irəli gəlmişdir.
Əfsuslar olsun ki, Azərbaycanda Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salmağa çalışanlara rast gəlindiyi kimi, Mübariz Mənsimovun barəsində təxribat xarakterli fikirlər yayanlar da tapılır. "Düşmən dəyirmanına su tökən" belələri ya damarlarında axan qanda erməni qarışığı olan xainlər, ya başqalarının nailiyyətlərini həzm edə bilməyən uğursuzlar, ya da Mübariz Mənsimovun hətta ümumi sözlərlə etdiyi tənqidə dözümsüzlük göstərən, dövlətin və xalqın malını oğurlayıb xaricə daşıyan haramxorlardır. Rəzil qəlbli adamlar var ki, təkcə ehtiraslarının coşduğu zaman yox, ümumiyyətlə təbii meyllərinə görə hər şeydə cinayət görürlər. Mübariz Mənsimov isə tutduğu mövqe nə qədər böyük olursa - olsun, öz şəxsiyyətini ondan da yüksək tutur. O, incikliklərdən qaçmağı onlara görə qisas almaqdan daha ağıllı hərəkət hesab edir. Şərəfli işlərdə özünə elə tərəfkeşlər tapır ki, hər biri öz nüfuzuna görə digərinin də şərəfini qoruyur. Sözləri və əməlləri yaxşılığa xidmət edir. Seçdiyi mühitdə tutduğu işlər şahanədir, əzəmət nümunəsidir. Onun təmiz adı öz şöhrətindən faydalanmasına haqq qazandırır.
Ceyhun Rüstəmov (Adalet.az)