
Müdafiə naziri döyüş hazırlığını izlədi
19:11 10.05.2016
Arxiv
414
Cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların təlimi keçirilib

2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
Bir neçə gün əvvəl müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.
Təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan "Msta S" özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.
Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.
Mayın 6-da "Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyən edilmiş normalara uyğun müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.
Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm