Müdafiə naziri istefa verib - Hərbi sənədlər yayılıb




Yaponiyanın xanım müdafiə naziri Tomomi İnada istefa verib.

 Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə həmin ölkənin ictimai kanalı olan NHK məlumat yayıb. 

Xəbərə görə, xanım nazirin istefasına hərbi sənədlərin yayılması səbəb olub. Məlumatda o da qeyd olunur ki, 58 yaşlı xanım nazir istefa ərizəsini sabah baş nazir Şinzo Abeyə təqdim edəcək. 

Qeyd edək ki, İ.Tomomi bir ilə yaxındır ki, nazir vəzifəsinə təyin olunmuşdu. Onu Yaponiya cəmiyyəti gələcəyin potensial baş naziri hesab edirdi. Lakin  Sudanın cənubunda sülhün qorunmasında Yaponiya əsgərinin iştirakına dair əsgər raportları yayılıb.  Bu fakt isə ölkənin milli təhlükəsizliyinə zidd olduğu üçün T.İnada istefa verməli olub.  Bundan başqa ölkənin Liberal Demokrat partiyasının üzvü olan baş nazir Ş.Abeyin reputasiyasına  həmin partiyanın təmsilçisi olan T.İnada qalmaqalına görə, ciddi ziyan dəyib. Məhz bu faktlara görə, nazir də məcbur qalıb istefa ərizəsi yazıb. 

Tərcümə etdi: Ayyət ƏHMƏD