Müəllimlərin işə qəbulu qaydalarında DƏYİŞİKLİK
14:22 03.07.2017
Arxiv
542
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"nda qismən dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər.
Dəyişikliyə əsasən, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər: "Bu hal daha çox ona xidmət edir ki, müəllim arzu etdiyi yerdə işləmək üçün daha bir imkan əldə etsin. Ancaq heç bir halda müəllim (hazırda çalışan) istəyindən asılı olmayaraq imtahana cəlb edilə bilməz. Təəssüflər olsun ki, bəzən bu halın əksinə dair bizə məlumatlar daxil olur. Bir daha bildiririk ki, müəllimlərin işə qəbulu təhsil nazirinin müvafiq əmri ilə gerçəkləşir. Əmrin 5.2-ci bəndində qeyd olunduğu kimi, pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müəllimlərin işə qəbul imtahanında iştirak edə bilər".
Qeyd edək ki, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət