"Mühacirlərin rasional düşüncəyə keçməsi, çox yaxşı tendensiyanın başlanğıcıdır" - Millət vəkili
13:50 21.05.2019
Arxiv
718
"Əli Kərimli ölkədə mövcud olan dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsindən ciddi narahatlıq keçirir”. Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, AXCP sədri Azərbaycan cəmiyyətində ziddiyyətlərin və qütbləşmənin olmasını arzu edən bir şəxsdir. Çünki o, bütün siyasi fəaliyyətini və siyasi məqsədini cəmiyyətdəki qarşıdurmalar üzərindən qurmağa çalışır:
"Bu isə Azərbaycan xalqının milli və dövlət maraqları ilə ziddiyyət təşkil edir. Hazırda biz mürəkkəb tarixi mərhələdə və beynəlxalq münasibətlər sistemində yaşayırıq. Ona görə də milli maraqlarımızı təmin etmək üçün Azərbaycan cəmiyyətinin hər bir üzvünün fəaliyyəti məhz milli maraqlara yönəldilməlidir. Milli maraqlara istiqamətləndirilməlidir. Vaxtilə bir qrup insan Azərbaycandan köçərək müxtəlif ölkələrdə məskunlaşıblar. Digər tərəfdən, onların fəaliyyəti müxtəlif istiqamətlərdə olub. Hazırda isə insanlar nəyin nə üçün baş verdiyini çox yaxşı dərk edirlər. Biz qlobal informasiya məkanında yaşayırıq. Bütün informasiyalar hər bir fərd üçün əlçatandır. Qərəzi olmayan, savadlı, ağıllı, vətənsevər insanlar dərk edirlər ki, fəaliyyətləri ilə milli maraqlar ətrafında birləşməlidirlər”.
Parlament üzvü bildirib ki, Vətənimiz və dövlətimiz üçün yaxşı olan amillər övladlarımızın gələcəyinin təmin olunmasıdır. Onların firəvan, inkişaf edən, demokratik ölkədə yaşaması deməkdir:
"Bu həqiqəti dərk edən insanların sayı hər gün daha da çox artır. Vaxtilə əks mövqedən çıxış edən insanlar daha rasional düşünməyə başlayırlar. Əslində bu çox yaxşı bir tendensiyanın başlanğıcıdır. Ancaq Əli Kərimlinin fəaliyyəti bu məqsədlərə hesablanmayıb. Elə ona görə də onun fəaliyyəti Azərbaycanda qarşıdurma yaratamaq istəyən anti-Azərbaycançı qüvvələrlə üst-üstə düşür. Yaxud koordinasiyalı olduğuna görə o, bundan ciddi narahatlıq keçirir. Əlbəttə, kimin nədən narahatlıq keçirməsinə baxmayaraq, Azərbaycanın bütün intellektual, ictimai fəal fərdləri, ölkəmizi düşünən hər bir azərbaycanlı mütləq şəkildə Azərbaycanın mənafelərini müdafiə etməlidir. Dövlətimizin inkişafı üçün əlindən gələni etməyə çalışmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya