Müharibə anonslarına inanmaq lazım deyil
21:54 04.03.2016
Arxiv
1171
Qərb mediası, həm də rus mediası tərəfindən gündəmə gətirilən fikirlər Azərbaycan və Türkiyəni qızışdırmaq məqsədi daşıyır
Rusiya-Türkiyə gərginliyi Qərb analitiklərinin də diqqət mərkəzindədir. Amerikalı təhlilçilər mövcud durumdan çıxış edərək iki regional supergüc arasında əlaqələrin mümkün perspektivlərini və nəticələrini analiz etməyə çalışırlar.
Qərb mətbuatında Rusiya ilə NATO üzvü Türkiyənin mümkün toqquşması əsasən iki bölgə ətrafında təhlil olunur. Bu bölgələrdən ən mühümü Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi Cənubi Qafqaz zonasıdır. ABŞ-ın nüfuzlu "The Washington Times” nəşri özünün son sayında bu mövzuya toxunaraq yazıb ki, Rusiya və Türkiyə arasında mübarizə təkcə Suriya səmasında yox, həm də Dağlıq Qarabağda gedir. Nəşrin vurğuladığına görə, son aylar Moskva Ermənistanda hərbi mövcudluğunu gücləndirməkdədir. Məqsəd isə Ermənistanı Azərbaycanın və ya Türkiyənin üzərinə salmaqdır: "Hərbi texnikanın Ermənistana göndərilməsi Putinin Türkiyəni və onun NATO üzrə müttəfiqlərini çəkindirmək üslubuna bənzəyir. Moskva ermənilərdən "peşka” kimi istifadə edir. Kremlin atdığı addımlar Dağlıq Qarabağ uğrunda müharibəni qızışdıra bilər”. Qəzetin yazdığına görə, Moskva Ermənistanı Türkiyə ilə regional hökmranlıq uğrunda mübarizədə istismar edəcək. Xarici nəşrin iddiası ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Qabil Hüseynli deyib ki, Cənubi Qafqaz regionunda müharibə iddiası Qərb və rus mətbuatı tərəfindən bilərəkdən ortaya atılır: "Ermənistanı silahlandıran, bölgəni poliqona çevirmək istəyən təkcə hökumət deyil, rus mətbuatı da qızışdırıcı mövqedən çıxış edir. İnformasiya yayırlar ki, guya yaxında Dağlıq Qarabağ müharibəsi başlayacaq. Hətta Azərbaycanın Ermənistana hücum edəcəyini də iddia edirlər. Bu cür məlumatların hamısı əsassızdır və təhrikedici xarakter daşıyır. Məqsəd rus və dünya ictimaiyyətini çaşdırmaqdır. Görünür, münaqişənin ilk vaxtlarında olduğu kimi, Rusiya yenidən Dağlıq Qarabağdan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir”. Ekspertin sözlərinə görə, son günlər erməni mətbuatında da Azərbaycana qarşı qarayaxma və təhqir kampaniyası aparılır: "Onlar hər cür çirkinliyə imza atırlar, Azərbaycanı "təcavüzkar” dövlət kimi qələmə verirlər. Amma Azərbaycan hələ ki, harasa hücum etmək, kiminləsə müharibəyə başlamaq niyyətində deyil. Əlbəttə, hər zaman torpaqlarımızı müharibə yolu ilə azad etmək hüququna malikik. Lakin bunun üçün ictimai-siyasi şərait yetişməyib. İndiki məqamda müharibəyə başlamaq Azərbaycan üçün münasib deyil. Ona görə də sülh danışıqları üzərində dururuq. Həm Qərb mediası, həm də rus mediası tərəfindən gündəmə gətirilən fikirlər Azərbaycan və Türkiyəni qızışdırmaq məqsədi daşıyır. Bu cür informasiyalara çox da bel bağlamaq lazım deyil”. Q.Hüseynli Türkiyənin hədəf alınmasına da münasibət bildirib: "Rusiya Ermənistandakı silahlı gücünü artırmaqla Ankaraya psixoloji təsir göstərməyə çalışır. Ancaq Rusiya NATO üzvü olan Türkiyə ilə birbaşa müharibəyə girmək riskini gözə almaz. Çünki savaş başlayacağı təqdirdə, Türkiyə hərbi alyans tərəfindən ən yüksək səviyyədə dəstəklənəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou