"Münaqişəli ailələrdə uşaqlar daha çox intihar edir" - Səhiyyə Nazirliyi
14:56 09.12.2017
Arxiv
506
Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş uşaq intiharlarının ilkin səbəblərini açıqlayıb.
Nazirliyin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov APA-ya deyib ki, bütün dünyada uşaq intiharları artıb. F. İsmayılov bildirib ki, Azərbaycanda intihar etmiş uşaqların sayı elə də yüksək deyil: "Ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı. Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir. Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür. Uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.
Onun sözlərinə görə, 3 il öncə uşaqlı-böyüklü Psixi Sağlamlıq Mərkəzinə ildə 2000 nəfər müraciət edirdisə, indi ildə Mərkəzə 4000 - 5000 nəfər müraciət edir: "Psixi Sağlamlıq Mərkəzinə edilən müraciətlərin sayında artım var. Lakin bu heç də vəziyyətin təhlükəli olması demək deyil. Bu, Mərkəzin xidmətlərinin keyfiyyətinin artdığından xəbər verir ki, insanlara bizə inanıb müraciət edirlər”.
Direktor qeyd edib ki, Azərbaycanda hər 100 min nəfər 5,3 intihar halı düşür: "Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9,7, Ermənistanda 8,6, Rusiyada 32 intihar halı düşür. Avropada ən aşağı rəqəmlər Azərbaycandadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya
Tramp: Ukraynadakı münaqişəyə son qoyulmalıdır
16:14 21.09.2026
Dünya
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
16:11 21.09.2026
Dünya
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
15:49 21.09.2026
Elm və Təhsil
BMT Xəzər dənizi ilə bağlı layihə həyata keçirəcək
15:17 21.09.2026
Dünya
Qırğızıstanda qoyun bir milyon dollara satıldı
15:16 21.09.2026
Dünya
“Parlamentimiz fil qulağında yatıb” - Azər Həsrət
15:10 21.09.2026
Aktual
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb
15:04 21.09.2026
Hadisə
Bakıda iki bağça fəaliyyətə başladı
14:32 21.09.2026
Elm və Təhsil
İmran Xanın bacıları saxlanıldı
13:57 21.09.2026
Dünya
Putin Paşinyanı iki cümlə ilə təbrik etdi
13:19 21.09.2026
Dünya
Türkiyənin cənubunda 5 maqnitudalı zəlzələ baş verib
12:38 21.09.2026
Hadisə
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
12:34 21.09.2026
Gündəm