"Azərbaycan və Rusiya enerji, nəqliyyat, ticarət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən razılığa gəliblər. Ümidvarıq ki, sözügedən sənəddə göstərilən müddəalar həyata keçiriləcək. Bu, şimal qonşumuzla iqtisadi və digər sahələrdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün əhəmiyyətlidir”.
"Münaqişənin həlli ilə bağlı Rusiyanın Azərbaycana dəstəyi mümkündür" - Deputat
10:13 03.09.2018
Arxiv
788
"Azərbaycan digər dövlətlərlə genişmiqyaslı iqtisadi əməkdaşlıqda hər zaman maraqlıdır”.
Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri və onun nəticələri haqqında danışarkən millət vəkili Asim Mollazadə söyləyib.
O diqqətə çatdırıb ki, səfər nəticəsində Azərbaycan və Rusiya arasında iqtisadi münasibətləri şaxələndirən sənəd imzalanıb:
"Azərbaycan və Rusiya enerji, nəqliyyat, ticarət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən razılığa gəliblər. Ümidvarıq ki, sözügedən sənəddə göstərilən müddəalar həyata keçiriləcək. Bu, şimal qonşumuzla iqtisadi və digər sahələrdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün əhəmiyyətlidir”.A.Mollazadə onu da bildirib ki, səfər çərçivəsində Azərbaycan və Rusiya arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə edilib:
"Rusiyanın bu münaqişənin həlli üçün dəstəyini əsirgəməyəcəyi qeyd olunub. Məlumdur ki, Ermənistan müstəqil ölkə deyil. Kremlin bu dövlətə böyük təsir imkanları var. Ona görə, Rusiyanın beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həlli üçün Azərbaycana dəstək verməsi mümkündür. Sözügedən məsələ ətrafında danışıqlar aparılır”.
Azərbaycan və Rusiya arasında humanitar sahədə əməkdaşlığa da toxunan deputat ölkələr arasında təhsil, mədəniyyət və s. hissələrdə əməkdaşlığı yüksək qiymətləndirir:
"Ümidvaram ki, ölkə başçısının Rusiya səfərindən sonra bu kimi məsələlərdə də əməkdaşlıq özünü göstərəcək. Buna böyük ehtiyac var”.
Qeyd edək ki, ölkə başçısının Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənəddə ölkələr arasında iqtisadi, humanitar, enerji və s. sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət