Amma harada mümkündürsə, şəhidin xatirəsi əbədiləşdirilməlidir. O mənim övladım idi, şəhid olduqdan sonra isə xalqın, dövlətin, vətənin övladıdır. Muradın xatirəsi əbədiləşdirilməsə də, şəhidliyinə qiymət verilir.
"Muradın xatirəsi əbədiləşdirilməsə..." - Şəhid atası Sabirabadın başçısından narazıdır
08:47 30.11.2017
Arxiv
667
"Mətbuat məsələni dəfələrlə gündəmə gətirsə də, şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün heç bir addım atılmır”.
Bu barədə "Sherg.az”a aprel hadisələrində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin atası Telman Mirzəyev danışıb.
Şəhid atasının sözlərinə görə, idarəetmə orqanları məsələ ilə məşğul olmur:
"Bu yaxınlarda Heydər Əliyev Fondunun təşkilatı ilə şəhid ailəsinə torpaq ayrılıb. Məni də dəvət etdilər. Əlavə olaraq, İcra Hakimiyyətinə, müvafiq orqanlara müraciət etmədik. Yəqin ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün zaman lazımdır.
Amma harada mümkündürsə, şəhidin xatirəsi əbədiləşdirilməlidir. O mənim övladım idi, şəhid olduqdan sonra isə xalqın, dövlətin, vətənin övladıdır. Muradın xatirəsi əbədiləşdirilməsə də, şəhidliyinə qiymət verilir.Mən maraqlandıqda deyilir ki, sənədləşmə aparılır. Bir şəhid atası kimi Muradın adının əbədiləşdirilməsini gələcək nəsil üçün vacib bilirəm. Mən bu gün varam, sabah yoxam. Amma gələcək nəsillər aprel döyüşlərinin qəhrəmanlarını tanımalıdır. Lakin hələlik heç bir iş görülməməsinin səbəbini izah edə bilmərəm”.
Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya