Müsavat MHP-dən istefa verdi




Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) əsas simalarından biri, Ülkü Ocaqlarının keçmiş rəhbəri Müsavat Dervişoğlu partiyadan istefa verib.

 Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, bu hərəkəti ilə bağlı açıqlamasında deyib:

"Ölkəmə və hədəflərimə xidmət etməyən siyasi bir qurumla bir yerdə olmağı düzgün hesab etmədiyim üçün istefa etdim”.
Dervişoğlu bildirib ki, siyasi fəaliyyətlə bağlı hər hansı bir planı yoxdur: "Allah Türkiyənin yardımçısı olsun”.