Mustafa Rəşidə CAVAB: "Bu fətvanın heç bir elmi və dini əsası yoxdur”



"Quran açıq şəkildə şərabın haram olduğunu bəyan edir”.

Bunu Sherg.az-a Beynəlxalq Müsəlman Birliyinin rəhbəri Mustafa Rəşidin "Müsəlmanlar sərxoş olmadıqca alkoqol istifadə edə bilərlər" fətvasına münasibət bildirərkən hacı Şahin Həsənli deyib. 

O bildirib ki, müqəddəs kitabda bu mərhələli şəkildə ifadə olunur:

"Yəni ərəblər əvvəl şərab içirdilər. Tədricən bu haram hesab olunmağa başladı. Son ayədə deyilir: "Şərabı tərgidin, bəlkə nicat tapasınız” ifadəsi onun haram olduğunu qəti şəkildə ortaya qoyur. Bir əmələ şeytan əməli deyilirsə, onun azlığından çoxluğundan söhbət gedə bilməz. Şərab Quranın açıq-aşkar haram buyurduğu məsələdir. Həm də ki, mənsəbindən asılı olmayaraq bu, bütün müsəlmanlara aiddir. Bu fətvaların heç bir elmi və ya dini əsası yoxdur”.