Muzdlular ola bilməz
07:22 04.06.2021
Arxiv
1270
Morqda saxlanan cəsədlər elə erməni hərbçilərinə aiddir
Ermənistanda yüzlərlə hərbçi cəsədinin plastik torbalarda saxlanılması son günlərin əsas müzakirə mövzusuna çevrilib. İkinci Qarabağ müharibəsindən 8 ay ötməsinə baxmayaraq, Ermənistanın öz hərbçilərinin meyitlərini niyə gizli saxlaması bir sıra suallar doğurur. Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan yerli mediaya açıqlamasında deyib ki, hazırda ortada DNT analizi aparılması mümkün olmayan 50 cəsəd qalığı var. Onun sözlərinə görə, 149 cəsəddən götürülmüş DNT-nin nəticələri hələ də heç bir valideynlə uyğun gəlmir. Maraqlıdır, 200-ə yaxın cəsədin sahibi tapılmırsa, morqun zirzəməsində aşkarlanan cəsədlər kimlərə məxsusdur? Bu zaman həmin cəsədlərin Ermənistanın Azərbaycana qarşı döyüşlərə cəlb etdiyi muzdlu döyüşçülərə aid olduğu ehtimalı ortaya çıxır. Belə bir versiya reallığı əks etdirirmi?
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, həmin cəsədlərin muzdlulara aid olmasını düşünmür. Çünki muzdluların cəsədlərini saxlamaq Ermənistan üçün o qədər də mühüm əhəmiyyət kəsb etmir:
"Bilirisiniz ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən xeyli sayda muzdlular döyüşürdü. Ola bilsin ki, həmin cəsədlər onlara aid olsun. Amma mən düşünmürəm ki, bu cəsədlər muzdlulara aiddir. Çünki Ermənistan onların cəsədlərini saxlamaqda maraqlı deyil və bəlkə də çoxdan onların cəsədlərini basdırıblar. Fikrimcə, bu cəsədlər elə erməni hərbiçilərinə aiddir. Sadəcə, hökumət bunu deməkdən qorxur. Ümumiyyətlə, erməni mətbuatında daim belə bir məlumatlar yayılırdı ki, İkinci Qarabağ müharibəsində ölən hərbiçilərin cəsədləri Ermənistanın müxtəlif ərazilərində soyuducularda saxlanılır. İndi isə seçkiqabağı həmin cəsədləri hissə-hissə ortaya çıxarmağa başlayıblar. Qeyd edim ki, əvvəllər həmin hərbiçilərin adları itkinlər siyahısında qeyd edilmişdi. Lakin Azərbaycan tərəfi itkin düşənlərlə bağlı mövqeyini dəfələrlə bildirib ki, hamısı qaytarılıb. İndi isə hökumət cəsədləri valideynlərə qaytarmağa məcburdur. Buna görə də bu kimi fikirlər səsləndirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual