Narkoloji Mərkəzdə yanğınla bağlı "Qaynar xətt" yaradıldı
15:13 02.03.2018
Arxiv
896
"Xəbər verildiyi kimi, martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş və ağır nəticələrə səbəb olmuş yanğın faktına görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub".
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir.
Bildirilir ki, hazırda iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun 441-59-77, Daxili İşlər Nazirliyinin 590-93-31, Fövqəladə Hallar Nazirliyinin 512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli "Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edək ki, bu gün səhər baş verən yanğında 25 nəfər ölüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət