Natiq Əliyev: İlin sonuna neftin 1 barelinin qiyməti 55-60 dollara çata bilər




Dünya bazarlarında neftin qiyməti 2016-cı ilin sonuna doğru tədricən artacaq, ən nikbin proqnozlara görə, neftin 1 bareli 55-60 dollar səviyyəsinə çata bilər. Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev qeyd edib: "Düşünmürəm ki, neftin qiymətində kəskin artım gözləmək lazımdır".