NATO Gürcüstanda yerləşməyə başlayır
11:39 02.04.2019
Arxiv
640
"NATO önəmli qərarlar verib. Birincisi, NATO Polşada tikintisinə 260 milyon dollar xərcləyərək hərbi anbar tikəcək".
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, polıitoloq Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, bu anbar ABŞ-ın Şərqi Avropadakı əməliyyatlarına dəstək məqsədilə tikiləcək:
"Polşa buna çoxdan çalışır. Çünki Varşava özünü Rusiya təhlükəsindən qorumaq istəyir. Polşa – Rusiya münasibətlərinin yaxın tarixi də bundan xəbər verir.
İkincisi, NATO baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Bloku Qara dənizdəki fəallığını artıracaq. Məqsəd Rusiyanın bu bölgədəki aqressiv hərəkətlərini önləməkdir. NATO baş katibi onu da deyib ki, Şimali Atlantika Bloku Ukraynaya və Gürcüstana əməli dəstəyi artacaq. Stoltenberq bunu belə izah edib: "Ukraynanın və Gürcüstanın hərbi hazırlıqlarını gücləndirəcəyik, o cümlədən bu iki ölkənin dəniz qüvvələrin bacarıqlarının artırılmasına yardım edəcəyik”.
Beləliklə, Ukrayna və Gürcüstan addım-addım NATO üzvlüyünə yaxınlaşırlar. Hər iki dövlət Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu baxımdan Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə biz də hazırlaşmalıyıq ki, həmin gün yetişdikdə "biz nə edəcəyik” sualına qəfil yaxalanmayaq.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi