Nazir: Azərbaycan Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək




Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.