Nazir yeni dərs ili ilə bağlı əmr verdi - “Bilik günü” sentyabrın 15-də təntənəli şəkildə qeyd ediləcək
13:52 30.08.2018
Arxiv
1053
Təhsil naziri Ceyhun Bayramov "2018-2019-cu tədris ilində "Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb. Sherg.az xəbər verir ki, əmrə əsasən, Azərbaycanın bütün ümumtəhsil məktəblərində "Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də təntənəli şəkildə qeyd ediləcək.
Əmrdə "Bilik günü” tədbirinin saat 8.00-dan etibarən Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin sentyabrın 15-nin şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılmasının təmin edilməsi əmrdə yer alıb.
Beş günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, altı günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-də başlaması sənəddə əks edilib.
Yerli təhsili idarəetmə orqanlarına bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmələri barədə tapşırıq verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət