Nazirliyin müraciətini şərh edən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, artıq Müdafiə Nazirliyi bu cür xəbərdarlıqları yekunlaşdırıb, icraata keçməlidir:
Nazirlik əsgər valideynlərinə müraciət etdi
21:16 03.07.2017
Arxiv
1014
“Hərbi texnikanın, hərbi hissənin yanında çəkilən şəkilləri sosial şəbəkələrdə paylaşmaq, mətbuata ötürmək olmaz”
Nazirliyin müraciətini şərh edən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, artıq Müdafiə Nazirliyi bu cür xəbərdarlıqları yekunlaşdırıb, icraata keçməlidir:
Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib. Nazirliyin saytında yer alan müraciətdə belə deyilir: "Hörmətli vətəndaşlar!
Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!
Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!”.
Nazirliyin müraciətini şərh edən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, artıq Müdafiə Nazirliyi bu cür xəbərdarlıqları yekunlaşdırıb, icraata keçməlidir: "Hərbiçilərin təhlükəsizliyi naminə onlar haqqında məlumatların, görüntülərin yayılmasına dair tövsiyələr və xəbərdarlıqlar çox olub. Ancaq çox təəssüflər olsun ki, bəzi valideynlər, dost-tanışlar və xüsusən də media nümayəndələri nazirliyin bəyanatlarına məhəl qoymadan özlərini kifayət qədər sərbəst aparırlar. Hərbi texnikanın, hərbi hissənin yanında çəkilən şəkilləri sosial şəbəkələrdə paylaşmaq, mətbuata ötürmək olmaz. Bəzi dostlarımız hörmətli generallarımızla çəkdirdikləri fotoları paylaşıb, altında da yazırlar ki, filan saylı hərbi birləşmənin komandiri filankəsov filankəs. Halbuki rütbəli şəxslərin vəzifəsini göstərmək olmaz. Əgər təqdimata ehtiyac varsa, o zaman zabit kimi təqdim etmək olar. Bizim insanlar isə bunların heç birinə məhəl qoymur. İyulun 1-dən həqiqi hərbi xidmətə çağırış başlayıb. Həqiqi hərbi xidmət üçün çağırış vərəqəsi alan şəxslər sosial şəbəkələrdə bu cür paylaşımlar etməklə öz sevinclərini yaxınları ilə bölüşürlər.
Yaxud da qohumu və ya qonşusu, dostu-qardaşı əsgər gedən insanlar açıq şəkildə əsgər gedən uşağın şəklini paylaşıb, xidmət edəcəyi hərbi hissənin və qoşun növünün adını yazırlar. Hərbi hissələrin nömrələrinin sosial şəbəkələrdə paylaşılması düşmənə əlavə məlumat verir. Əziz vətəndaşlar, başa düşün ki, ən xırda ehtiyatsızlıq minlərlə şəxsi heyətin həyatını təhlükə altına salmaq deməkdir. Biz bunun ciddiliyinin fərqinə varmalı və narahat olmalıyıq. Müharibə şəraitində olan bir ölkənin vətəndaşları ordusunun təhlükəsizliyinə qarşı bu cür laqeyd münasibət göstərməməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya