Nazirlik öncə repetitorluq məsələsini aradan qaldırmalıdır
19:39 15.09.2016
Arxiv
410
“Yoxsa aşağı siniflərdə imtahanın olub-olmaması elə də önəmli məsələ deyil”
"Azərbaycanda buraxılış imtahanları yalnız IX və XI siniflərdə keçirilir. Daha erkən siniflərdə qiymətləndirmənin keçirilməsi şagirdlərin zəruri fənlər üzrə nəticələrini yaxşılaşdırmağa imkan verəcək”.
Bu sözləri təhsil naziri Mikayıl Cabbarov söyləyib. O qeyd edib ki, bu il Təhsil Nazirliyində (TN) şagirdlərin biliklərinin qiymətləndirilməsinin daha erkən siniflərdə keçirilməsi məsələsi müzakirə edilib: "Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub. Hazırda beynəlxalq təcrübə araşdırılır. Digər tərəfdən ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə müzakirələr aparılıb. Müzakirələrdə bu qənaətə gəlinib ki, belə bir qiymətləndirmənin aparılması imkanları mövcuddur. Amma biz yeni tədris ili üçün bu qərarı vermirik. Belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”.
Təşəbbüsü dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu qeyd edib ki, burada çox çətin və psixoloji məqamdan söhbət getmir. Yəni həmin imtahanlar monitorinq xarakterli olacaq: "Əslində hər bir müəllim öz əməyinin nəticələrini yoxlayır. Bunun üçün isə müxtəlif versiyalar var. Kimi sorğu vasitəsilə, kimi də imtahan vasitəsilə bu nəticələri yoxlayır. Nazir bunun imtahan formasına salınmasını istəyirsə, burada qəribə heç nə yoxdur. Qəribə olan odur ki, öncə repetitorluq məsələsi aradan qaldırılmalıdır. Şagird niyə repetitor yanına getməlidir? Bunlar düzəlməlidir. Yoxsa aşağı siniflərdə imtahanın olub-olmaması elə də önəmli məsələ deyil.
Amma bütün hallarda imtahanın tətbiq olması müəllim və şagirdləri daha məsuliyyətli edər. Bu, o demək deyil ki, şagird bundan ötəri çox böyük əzab çəkəcək. Hər halda neqativ hal deyil”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm