Nazirlikdən daha bir qazi ilə bağlı AÇIQLAMA
14:48 23.09.2021
Arxiv
699
Vətən müharibəsi qazisi Səid İskəndərov 44 günlük Vətən müharibəsində iştirak etdiyi üçün ona verilən “Xocavəndin azad olunmasına görə” medalını satışa çıxarıb.
O, diqqətdən kənarda qaldığı üçün belə bir addım atdığını bildirib.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada medalını ehtiyac üzündən satmaq istədiyini elan edən Vətən müharibəsi iştirakçısı İskəndərov Səid İman oğlu ilə əlaqə saxlanılıb:
“O, 27.07.2021-ci il tarixdə Hərbi hospitalda müayinədən keçdiyini, müayinə sənədləri olduğunu, lakin əlilliyinin qiymətləndirilməsi üçün hərbi həkim komissiyası tərəfindən hələ şəhadətnamə təqdim olunmadığını və tibb müəssisəsi tərəfindən göndəriş (F-88) daxil edilmədiyini bildirib.
Məlumat üçün bildirik ki, hərbi həkim komissiyasının həmin şəhadətnaməsi şəxsin xəsarət və ya xəstəliklərinin hərbi səbəblə əlaqəsini təsdiq edir.
S.İskəndərov barəsində qeyd olunan şəhadətnamə təqdim olunduqda və e-sistemə göndəriş daxil edildikdə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə cəlb edilərək əlilliyi qiymətləndiriləcək”.
Qeyd edilib ki, hazırda onun sağlamlıq durumu fiziki baxımdan normaldır:
“Yalnız psixoloji dəstəyə ehtiyacı var. S.İskəndərov işsiz deyil, hazırda “Azərpoçt” MMC-də əməliyyatçı (aylıq əməkhaqqı 320 manat) işləyir. Ona Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) tərəfindən sığorta ödənişi (550 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.
S.İskəndərovun istəyi daha yüksək əməkhaqqı olan işdə çalışmaq və ya özünüməşğulluq proqramına cəlb edilməkdir.
İşsiz olmadığı üçün həmin proqrama cəlb edilməsi mümkün olmasa da, S.İskəndərov gün ərzində ərazi məşğulluq mərkəzinə müraciət edəcək və yüksək əməkhaqqı olan vakansiyalarla tanış olacaq. İstəyinə və əmək bacarıqlarına uyğun olduğu halda yüksək əməkhaqqı olan işlə təmin olunacaq.
S.İskəndərov ona ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcəsi təyin edildiyi halda dövlət tərəfindən mənzillə təmin edilmək üçün qeydiyyata alına bilər.
O, həssas qrupların ərzaq dəstəyi ilə təminatı proqramı ilə əhatə olunmaq üçün qeydiyyata alınıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol