Neftimizin qiyməti qalxır: “Qara qızıl”ın bahalanması iqtisadiyyatı dinamik inkişaf etdirəcək”

"Brend markalı neftin dünya bazarlarında yüksək qiymətə təklif olunmsı Azərbaycan iqtisadiyyatını dinamik inkişaf etdirəcək”. Bu sözləri "Sherg.az”a Azərbaycan neftinin qiyməti ilə bağlı danışarkən Neft Araşdırmalar Fondunun rəhpəri İlham Şaban söyləyib.
Ekspertin qənaətincə, Azərbaycan neftinin hazırkı qiyməti sevindirici həddədir:
"Uzun müddətdir ki, brend markalı neftin qiyməti dünya bazarlarında 75 dollardan yüksəkdir. Bəzən qiymətlərdə müəyyən qədər fərqlər olur. Amma elə də ciddi enmələr müşahidə edilməyib. Əvvəlki dövrlərdə siyasi hadisələrlə bağlı neftin qiyməti sürətlə qalıxmağa başladı, nisbətəndə dəyişkən bir qiymət trendi müşahidə olunudu. Bir sıra iqtisadçılar siyasi amillər aradan qalıxdıqdan sonra neftin qiymətinin ucuzlaşacağını bildirdi. Amma heç də o cür olmadı. Artıq bəzi ölkələr arasında mübahisələr səngiyib. Lakin qara qızılın qiymətində ciddi enmələr yaşanmır. Hazırda brend markalı neftin qiyməti təqribən 78 dollar civarlarında qərarlaşır. Məncə, bu tendensiya uzun müdət davam edəcək”.
 Azərbaycan neftinin qiymətinin yüksək olmasının iqtisadiyyatımıza təsirlərini dəyərləndirən İ.Şaban onu da bəyan edib ki, ölkə iqtisadiyyatının əsasını neft sahəsi təşkil edir: "Neftin qiyməti yüksək olması iqtisadiyyatmız üçün prespektiv amildir. Çünki büdcəyə daxil olan vəsaitin əsasını neftdən gələn gəlirlər təşkil edir. Ona görə də yüksək qiymət daha çox vəsait deməkdir. Artıq uzun müddətdir ki, neftin qiyməti hesablanmış göstəricidən yüksəkdir. Fikirimcə, bu proses belə davam etsə, ölkə iqtisadiyyatı daha da yaxşı inkişaf edəcək. Beləliklə də ölkə ödəmələri artacaq, yeni-yeni iş yerləri acılacaq, əhalinin maddi rifahı yüksələcək”.
Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,19 dollar və yaxud 0,24% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 77,96 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Kənan Eynuroğlu