"Nəinki 2-ci, hətta 3-cü APREL DÖYÜŞÜ də baş verə bilər - Deputat
13:14 13.02.2017
Arxiv
640
"Azərbaycan Silahlı Qüvvələri çox düzgün hərəkət edib. Adını atəşkəs qoyublar, amma burada atəşkəsdən əsər-əlamət yoxdur. Hər gün telekanalı açanda eşidirsən ki, bu gün 50 dəfə, 60 dəfə, 120 dəfə atəşkəs rejimi pozulub. Bunun nəyi atəşkəsdir?".
Bunu Sherg.az-a Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətməsi cəhdinə münasibət bildirərkən yəhudi əsilli millət vəkili Yevda Abramov deyib. Onun sözlərinə görə, son zamanlar düşmən tərəfi fəallaşıb:
"İşğalçıların diversiya qrupu tez-tez sərhəd boyu ərazilərimizə soxulmaq istəyirlər. Düşmən 20 faiz ərazimizi işğal edib. Bununla da gözü doymayıb, yenə ərazilərimizə soxulursa, əlbəttə Azərbaycan ordusu silahdan istifadə edəcək. Bütün dünya bilir ki, haqq Azərbaycanın tərəfindədir. İşğal olunan ərazilər bizimkidir. Ermənistanın heç bir sərhəddini pozmuruq. Onlar bizim torpaqlarımızda sərhəd yaradıblar və üstəlik bizi sakit, dinc yaşamağa qoymurlar. Dünya da buna çox ədələtsiz yanaşır. Azərbaycan əsgərinin qüdrətinə, vətənpərvərliyinə və xalqın ordu ilə birliyinə güvənib, diversiya qruplarını məhv edəcəyik. Bizim ərazilərimizdə nə işləri var? Gəlməsinlər ölməsinlər".
Millət vəkili onu da əlavə edib ki, lazım gələrsə ikinci, hətta üçüncü aprel savaşı da baş verə bilər:
"Dağlıq Qarabağ müharibə ocağıdır. Hər zaman od püskürə bilən bir vulkandır. Burada müharibə bitməyib. Müharibə o zaman bitər ki, böyük sülh sazişi baş tutsun. Nə qədər ki, sülh sazişi bağlanmayıb, torpaqlarımız işğalçıların əlindədir, aprel döyüşləri də təktaralana bilər, böyük Qarabağ müharibəsi də baş verə bilər. Bunu Minsk qrupu həmsədr ölklərinin rəhbərləri , eləcə də bütün ölkə başçıları bilməlidir. Cənab Prezidentimiz dəfələrlə qeyd edib ki, torpağımızın bir qarışını belə heç kimə verəsi deyilik. Lazım gələrsə, hərb yolu ilə də olsa, ərazilərimiz düşmən tapdağından azad edəcəyik. Son günlər baş verənlər isə lokal döyüşlərdir".
Qeyd edək ki, Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət