"Nəticəsi razılaşdırılmış oyunlar futbolun “xərçəng”inə çevrilib" - İlqar Tağıyev
15:43 01.12.2017
Arxiv
679
"Nizami Hacıyev, Mirhüseyn Seyidov və Fuad Bayramovun günahsız olduğuna inanırdım. Çünki bu futbolçuları yaxından tanıyıram, onların "Keşlə”nin çətin anlarında komandalarına dayaq olduqlarını görmüşdüm”.
Bunu "Sherg.az”a "Keşlə” FK-nın iki futbolçusunun oyunu satmaqda ittiham olunması barədə danışarkən "Het-trik news” idman qəzetinin baş redaktoru İlqar Tağıyev deyib.
O bildirib ki, sonradan həmin futbolçuların günahsız olduğu üzə çıxdı:
"Azından mediada bu barədə yetərincə xəbər yer aldı, futbolçuların suç işlətmədikləri və sərbəst buraxıldıqları bildirildi. Təbii ki, bu, onların oyun alğı-satqısında iştirak etmədiklərini, onlara şər atıldığını sübut edir. Təəssüf…
Ümumiyyətlə, futbolçuların danışılmış oyunlarda iştirakı hər zaman olub. Fikir versək, hələ ötən əsrin 50-60-cı illərində SSRİ dönəmində danışılmış oyunların varlığı haqqında yetərincə faktlar var. İmperiya dövründə nəinki aşağı dəstələrdə, hətta Güclülər Dəstəsində də nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş kifayət qədər oyunlara rast gəlmək mümkündür. Bu tendensiya ölkəmiz müstəqillik qazandıqdan, milli çempionatlarımız keçirildikdən sonra da davam etdi. Bir çox futbol veteranları ilə bu barədə söhbətlərimiz olub. Onların dediklərinə görə, 1992-ci ildən üzü bəri hər mövsümdə komandalar və ya ayrı-ayrı futbolçular oyun alğı-satqısında iştirak ediblər.
Məsələ burasındadır ki, o vaxtlar danışıqlar xala ehtiyacı olan komandaların müəyyən məbləğ qarşılığında rəqib futbolçuları razı salaraq onlardan xal almalarından ibarət idi. Amma son bir neçə ildə vəziyyət bir qədər dəyişib. Oyunlara mərclər qoyulduqdan sonra bütün dünyada bu variantdan istifadə edənlərin sayı kəskin sürətdə azaldı.
Çünki futbolçuların, klub rəhbərlərinin asan və böyük pullar qazanmaq üçün rəqiblə danışığa getməyə ehtiyacları qalmadı. Məsələn, hansısa totalizator şirkətinə pul yatırmaqla və gözlənilməz şəkildə zəif rəqibə məğlub olmaqla xeyli pul qazanmaq imkanı yarandı.
Bu gün dünyanın bütün çempionatlarında nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar futbolun "xərçəng”inə çevrilib. Bu fikir Azərbaycan birinciliklərinə də aiddir. Yadınızdadırsa, hələ ötən mövsümdə I Divizionun bir neçə təmsilçisi danışılmış oyunlarda iştirak etdiyinə görə çempionatdan xaric edilmişdi.
Bundan yaxa qurtarmaq mümkündürmü? Təəssüf ki, müasir dövrümüzdə bu, demək olar, mümkün deyil. Nə qədər ki, futbola futbol yox, qazanc mənbəyi kimi baxılacaq, danışılmış oyunlar həmişə mövcud olacaq. Danışılmış oyunlar da xərçəng xəstəliyi kimidir. Sağalması mümkün deyil, ancaq müəyyən qədər prosesin irəliləməsini ləngitmək olar.
Son günlər baş verən hadisələrə qayıtsaq, Nizami, Mirhüseyn və Fuadın başına gə(tiri)lənlər futbolumuzda nə birincidir, nə də sonuncu. Zaman-zaman Azərbaycan futbolunda danışılmış oyunlara rast gələcəyik. Bunun qarşısını almaq mümkün deyil. Amma kiminsə günahı sübuta yetirilmədən sərt şəkildə ittiham olunması… Ümid edək ki, indiki hal bir daha təkrarlanmayacaq”.
Qeyd edək ki, "Keşlə”nin iki futbolçusu - Nizami Hacıyev və Mirhüseyn Seyidovun danışılmış oyun şübhələrinə görə bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti isə bu faktı təsdiqləməyib.
Mediada yayılan məlumata görə isə saxlanılanlar yalnız Hacıyev və Hüseynov olmayıb. "Keşlə”nin daha bir futbolçusu - Fuad Bayramov da onlarla birgə olub. Hər üç futbolçu klubdaxili "istintaqa” cəlb olunub. Lokal xarakterli araşdırmalar "Keşlə”nin prezidenti Zaur Axundovun keçmiş məmur fəaliyyəti zamanı qazandığı əlaqələrin sayəsində aparılıb.
İlkin araşdırmalardan sonra futbolçularla bağlı hər hansı danışılmış oyun faktı aşkarlanmadığı üçün onlar sərbəst buraxılıblar. Hər üç oyunçu hazırda evindədir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm