Azər Allahverənov: “Onlar ölkəyə müxtəlif yollarla gəlir. Aralarında qanuni əsaslarla gələnlər də var, hansı ki, tanınmış klublarda çıxış edirlər. Əcnəbi ölkə vətəndaşı hansısa idman klubuna cəlb olunursa, ilk növbə
Nigeriyalı futbolçu öldü, düşünmək zamanıdı...
Legionerlər Azərbaycana necə, hansı yollarla gəlir, harada yaşayır, necə dolanır, klublar onlardan, onlar klublardan razıdırmı?
Azər Allahverənov: “Onlar ölkəyə müxtəlif yollarla gəlir. Aralarında qanuni əsaslarla gələnlər də var, hansı ki, tanınmış klublarda çıxış edirlər. Əcnəbi ölkə vətəndaşı hansısa idman klubuna cəlb olunursa, ilk növbə
Azər Allahverənov: “Onlar ölkəyə müxtəlif yollarla gəlir. Aralarında qanuni əsaslarla gələnlər də var, hansı ki, tanınmış klublarda çıxış edirlər. Əcnəbi ölkə vətəndaşı hansısa idman klubuna cəlb olunursa, ilk növbə
"Zaqatala” futbol klubunun Nigeriyadan olan oyunçusu Maykl Umanyika məşq zamanı dünyasını dəyişib. Futbolçunun meyiti dünən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
Klubun prezidenti Musa Qurbanov apasport.az saytına bildirib ki, Maykl Umanyika srağagün günorta saatlarında vəfat edib: "Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Bu mövsüm yenidən bizə qoşuldu. Srağagün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm” - deyə, Qurbanov bildirib.
Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
"Zaqatala” klubunun əcnəbi oyunçusunun vəfatı futbolumuzdakı legionerlərin qarşılaşdıqları problemləri gündəmə gətirib. Əcnəbi futbolçular Azərbaycana necə, hansı yollarla gəlir, harada yaşayır, necə dolanır, klublar onlardan, onlar klublardan razıdırmı? Xatırladaq ki, bir neçə il öncə KotDivuar - Fil Dişi sahilindən ölkəmizə futbolçu adı ilə çağırılmış iki əcnəbi aldadıldıqlarını, küçədə qaldıqlarını və ölkələrinə qayıtmağa hətta pulları olmadığını danışmışdılar.
Bu barədə yerli xəbər saytları məlumat yaymışdı. Xəbərlərdə bildirilirdi ki, futbol komandasında oynamaq adı ilə KotDivuardan (Fil Dişi sahili, Afrika qitəsi) Azərbaycana gətirilən iki nəfər burada insan alveri qurbanına çevrilib.
"Uğurlu futbol karyerası xəyalı ilə Azərbaycana gələrkən insan alveri qurbanına çevriləcəklərini güman belə etməyən gənc futbolçular üçün artıq geriyə də yol yoxdur. Ölkələrində vəziyyət gərgindir, tayfalar arasındakı qanlı savaşlarda çox sayda qohum və yaxınlarını itiriblər. Geri qayıdacaqları təqdirdə onlar da ya bu savaşın qurbanı, ya da qanlı cinayətin iştirakçısı olacaqlar.
Türkiyə vətəndaşı olan Korel adlı futbol meneceri onlara Azərbaycan futbol klublarının birində oynamağı təşkil etməli imiş.
Ancaq Korel adlanan bu şəxs ölkəsinə geri qayıdıb və futbolçulara heç bir iş təklifi olmayıb. Pulsuz qalan afrikalı isə 1 ay küçədə yaşamalı olub (korner.az saytı).
Traore Sekou adlı bu afrikalı nəhayət sumqayıtlı Ruslanın köməyi ilə "Azərbaycan Miqrasiya Mərkəzi”nin sığınacağına yerləşdirilib.
Futbol azarkeşləri deyir ki, parlamaq arzuları puç olan belə əcnəbilər az deyil. Biri də, bu günlərdə dünyasını dəyişmiş həmin nigeriyalı Maykldır. Necə olur ki, ürək çatışmazlığı diaqnozu qoyulmuş şəxs futbol klubunda fəaliyyətə başlayır?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında bildirdi ki, əcnəbilərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olması miqrasiya və əmək qanunları ilə tənzimlənir:
- Həqiqətən də, idman sahəsində xeyli sayda legionerlər fəaliyyət göstərir. Onlar ölkəyə müxtəlif yollarla gəlir. Aralarında qanuni əsaslarla gələnlər də var, hansı ki, tanınmış klublarda çıxış edirlər. Əcnəbi ölkə vətəndaşı hansısa idman klubuna cəlb olunursa, ilk növbədə onunla əmək müqaviləsi bağlanmalıdır. Bu da Dövlət Miqrasiya Xidməti vasitəsilə həyata keçirilir. Bir əcnəbiyə Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün yaşamaq hüququnun verilməsinin ilk şərti onunla əmək müqaviləsinin bağlanmasıdır. İşəgötürən tərəfindən DMX-nə sənədlər paketi təqdim olunmalıdır və bu paketdə də həm əmək müqaviləsi, eyni zamanda icbari sığorta müqaviləsi olmalıdır. Çünki müqavilədə hər şey əksini tapır. Oyunçuya ödənəcək qonorar, harada yaşayacağı, yemək, qalmaq xərcləri, xəsarət alacağı təqdirdə müalicə xərcləri və s. Əgər futbolçu xəsarət alacaqsa, onun müalicəsi icbari tibbi sığorta əsasında həyata keçirilməlidir. Ümumiyyətlə, idmançılar xüsusi risk qrupuna aiddirlər. Bəzən onlarla bağlanan icbari sığorta məbləği də xəsarətlərin qarşılanması üçün heç kifayət etmir. Hətta bəzi idmançılar könüllü şəkildə öz fəaliyyətlərini sığortlayırlar. Çünki ağır xəsarət alarsa və ya qəfil ölüm baş verərsə, sığorta hesabına bu məsrəflər qarşılanır, idmançının ailəsinə sığorta məbləği ödənir. İşverən də bunda maraqlı olmalıdır. Bir hadisə baş verdikdə işverən də məhz sığorta şirkətinin ödəyəcəyi təzminat hesabına problemi həll edə bilər.
A.Allahverənov qeyd etdi ki, hansısa əcnəbi aldadılıbsa, bu, onunla müqavilə bağlamış və ya onu Azərbaycana dəvət etmiş agentliyin ucbatından olub:
- İstənilən şəxs bir ölkədən digər ölkəyə səfər edirsə, həmin ölkənin miqrasiya qanunlarını bilməlidir. Kor-koranə səfər etmək, qanunsuz fəaliyyət göstərməyin sonu bəzən fəlakətlə bitir. İşə dəvət edən bütün məsrəfləri qarşılamalıdır. Dövlət Miqrasiya Xidməti əcnəbinin ölkə ərazisində qalmasını qanuniləşdirən bir qurumdur. Bu da işəgötürənin təqdim etdiyi sənədlər əsasında baş verir. Məncə, əmək müqaviləsi ilə yanaşı, icbari sığorta və tibbi sığorta da bu sənədlərə daxildir. Sadəcə, bir ölkədən başqa bir ölkəyə istər idman, istərsə də hər hansı digər əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələnlər yaşama iznlərinin olmasını, əmək müqaviləsi və icbari sığorta sənədlərinin olub-olmadığını bilməlidirlər və bu sənədləri tələb etməlidirlər.
Məlahət Rzayeva